"Lbov Y. İ. və oğulları" — Azərbaycanda fəaliyyət göstərmiş balıq sənayesi səhmdar cəmiyyətlərindən biri.

Tarixi "Lbov Y. İ. və oğulları" səhmdar cəmiyyəti 1913-cü ildə, Rusiya imperiyası tərkibində yaradılmışdı. Təqribən 1 milyon manat əsas kapitalı var idi. Yalama, Lənkəran və Astarada siyənək balığı vətəgələri, iri soyuducuları, emal zavodları və s. fəaliyyət göstərmişdir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra müəssisələri milliləşdirilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Səhmdar cəmiyyətləri Kateqoriya:Balıqçılıq sənayesi Kateqoriya:1913-cü ildə yarananlar Kateqoriya:1920-ci ildə ləğv olunanlar