Türkoba — Azərbaycan Respublikasının Masallı rayonunun Türkoba kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 2662 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası və tarixi Türkoba etnonimi "türk" və "oba" türk mənşəli sözlərindən yaranıb və Elxanlıların 13-cü əsrdə - 1284-cü ildə bölgəyə köçəri türk tayfalarını köçürməsi ilə əlaqədardır. Bununla bağlı Elxanlıların vəziri Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində məlumat verilir və köçəri türk boylarının Türkobanı məskunlaşdırdığı qeyd olunur. Türkoba ilə yanaşı, bölgədə Şatırlı, Cəlayirli, Xarxatan və digər yer adları də həmin köçlərlə əlaqədar məskunlaşmaya görə yaranıb. Türkobanın sovetliyinə daxil olan Şatıroba və Qəzvinoba kəndlərinin adları da yerli mənşəli deyil və köçlərlə bağlıdır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Tanınmış şəxsləri Qulamhüseyn Əliyev — Pedaqoq–alim. Bahadur Tağıyev (1934–2020) — Akademik. Hacı Mirəziz Seyidzadə. Aydın Ağayev — Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri. thumb|284x284px|Türkobada gün batarkən.
Həmçinin bax
İstinadlar
2.Fəzlullah Rəşidəddin, "Cami-ət-təvarix" əsəri
3.Mirhaşım Talışlı, "Lənkəran" kitabı
Kateqoriya:Masallı rayonunun kəndləri