Fransisko Sebastyan Karvaxal-i-Qual (; ) — Meksika siyasətçisi və dövlət xadimi. O, 1914-cü il iyulun 15-dən avqustun 13-dək Meksika Prezidenti olmuşdur.

Həyatı O, ixtisasca hüquqşünas idi. Fransisko İqnasio Maderonun devrilməsi ilə nəticələnən hərbi çevrilişdən sonra, 1911-ci ilin mayında Karvaxal Syudad-Xuares sülh konfranslarında Porfirio Dias hökumətinin nümayəndəsi olmuşdur. O, 1906–1912-ci illərdə Ali Ədliyyə Məhkəməsinin naziri olmuş və 31 may 1912-ci ildə yüksək məhkəmənin sədrliyi vəzifəsini icra etmişdir. 1913-cü ilin ortalarında Viktoriano Uerta onu Xarici Əlaqələr üzrə Katib təyin etmişdir. Prezident istefa verdikdən sonra prezident səlahiyyətlərini icra etmişdir. O, 1911-ci ildə paytaxta doğru irəliləyən inqilabçılarla danışıqlar aparmağa çalışmış, lakin konstitusionist lider Venustiano Karransa ondan qeyd-şərtsiz təslim olmağı tələb etmişdir. Karvaxal bundan sonra məsuliyyəti Federal Dairənin qubernatoru general Eduardo İturbideyə tapşırmışdır.Biblioteca Digital UANL, Nuevo León, México, 1933 Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D.F (INEHRM) Gobernates de México, Panorama Editorial, 1985 Gobernates de México, Editorial Universo, México, 1988 Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971 Resumen Histórico de los Gobernanes de México, Escorpio, S.A. de C.V., México, 1989

İstinadlar

Kateqoriya:Meksika prezidentləri