Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun Sincan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Rayon mərkəzindən 30 km cənub–şərqdə, Tikanlıçayın sağında, Oğuz–Qəbələ avtomobil yolunun sağında yerləşir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir"Türkün qızıl kitabı" I kitab, Bakı, 1992. səh. 151–152. "Türk" – "hərəkətedənod"durƏ. Fərzəli, adı çəkilən əsəri, səh 169. Uruk–turuk (nəsil–kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır. "Türk"ün "güc–qüvvət" məzmunu da buradan doğur. "Tərkeş"dəki "eş" (əş) "dost, həmdəm" anlamındadırQ. Qeybullayev, adı çəkilən əsəri, səh 153. Tərkeş kənd adı özündə "dost türk", "güclü, həqiqi, əsl dost" anlamlarını yaşadır. Kəndin əhalisi (571 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə–tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, 16 telefon var. Rayon mərkəzindən Xaçmaz, Filfilli, Mollalı kəndlərinə, Bakı və Qəbələyə gedən avtobus marşrutları Tərkeşin yaxınlığından keçir.
Toponimikası Tərkeş oyk., sadə. Türyan və Sincan çaylarının yaxınlığındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İstinadlar
Xarici keçidlər http://www.municipality.az/?year=2009&month=04&cstart=14 Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
Həmçinin bax Oğuz rayonu
Kateqoriya:Oğuz rayonunun kəndləri