İmamqulukənd yada Maqudxür— Azərbaycan Respublikasının Qusar rayonunun İmamqulukənd kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yaşayış məntəqəsini İmamqulu adlı şəxs saldığı üçün belə adlandırılmışdır. Eyniadlı çay Xaçmaz rayonundan axıb Xəzər dənizinə tökülür. Oykonim və hidronim İmanqulukənd variantında da qeydə alınmışdır.

Tarixi

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Maqudxür kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər.ЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Maqudxür kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun İmamqulukənd kənd inzibati ərazi vahidi tərkibindəki İmamqulu kəndi İmamqulukənd kəndi adlandırılmışdır.

Coğrafiyası və iqlimi

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2900 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Sixillər

Kəndəki sixillər (klanlar, soylar):

Ağvalar Çavmarayar Tsegver Tsilingar Ğeteğar Kirigar K’int’arar Kvasayar Muqrağar Tapatsar Tihirjalar Zarqalar Çakarar (DNA: J2) Çeper Xülüxar

Tanınmış sakinləri

Abdullah Suraxanov — ləzgi şairi və inqilabçı.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Qusar rayonunun kəndləri