Zindanmuruqqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun Kuzunqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Zindanmuruqqışlaq oyk., miir. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Zindanmuruq kəndindən çıxmış ailələrin həmin kəndə məxsus pay torpağında məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Zindanmuruq (kənd adı) və qışlaq sözlərindən ibarət olub, "Zindanmuruq kəndinin qışlağı" mənasmdadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 472 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Sixillər

Muruğar xele(klan) daxil kəndəki sixillər (sept, soylar):

K’emeçar Mehenar Mahtiyar Yakubar Tataxar

Həmçinin bax Zindanmuruq Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri