Kurtilər (, ) — Zaqros dağları yaxınlığında yaşamış qədim tayfa. Adlarına əsaslanaraq,G. Asatrian, Prolegomena to the Study of the Kurds, Iran and the Caucasus, Vol.13, pp. 1–58, 2009: "Evidently, the most reasonable explanation of this ethnonym must be sought for in its possible connections with the Cyrtii (Cyrtaei) of the Classical authors." Rüdiger Şmittə görə, bu, əsasən Atropat Midiyasının dağlarında (Zaqros dağlarının şimal hissəsi) kadusilər, amardlar, tapurlar və başqaları ilə birlikdə məskunlaşmış tayfa idi. Strabon regionda yaşayan kurtliləri miqrantlar və yırtıcı quldurlar kimi xarakterizə edirdi.

Onlar ellinizm dövründə sapançılar kimi tələb olunurdu. Kurtilər bu məqsədlə e.ə. 220-ci ildə padşah III Antioxa qarşı üsyanda Midiya satrapı Molon uğrunda vuruşmuşdular. Kurtilər daha uzaq qərbdə yaşayan karduxilər və bənzərləri ilə bağlı deyildilər. Qarnik Asatryana görə, kurtlilər yalnız köçəri həyat tərzini paylaşan yerli, qeyri-iranlı tayfaların toplusu idi.

İstinadlar

Kateqoriya:Asiyanın qədim xalqları‎ Kateqoriya:Kürdlər‎ Kateqoriya:Kadusilər