Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun Sırt Yengicə kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.
Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir.
Coğrafiyası və iqlimi Kənd Dəmiraparançayın sahilində, Əyriçay–Öndağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri