Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun Bunud kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Toponimikası Bunud oyk., sadə. Baş Qafqaz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Vəndam kəndindən yaranmış dörd kiçik məntəqədən (Nohurqışlaq, Seyidqışlaq, Həzrə və Bunud) biridir. Yerli əhali oykonimi Bulud kimi tələffüz edir. Kənd əvvəllər Buludun suyu adlı kiçik çayın sahilində salınmış, sonralar buraya köçürülmüşdür. Adını kəndə vermiş çay da öz adını buludlu nəslindən almışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Bunud dağətəyi kənddir.
Əhalisi Kəndin əhalisi 900 nəfər təşkil edir. Əhalinin əksəriyyəti azərbaycanlılar olsa da ləzgi və xınalıqlılar da var.
Təhsilin vəziyyəti Bunud kəndində 1 orta məktəb var. Bu məktəb Fövzi Həmidovun adını daşıyır.
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri