Elçin Əsədov (12 fevral 1987, Füzuli) — Azərbaycanı təmsil edən velosipedçi.
Karyerası Elçin Əsədov 2000-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Asif Həsənovdur.
Ümumi olaraq 11 dəfə Azərbaycan Çempionatlarının qızıl medallarına sahibi olan Elçin Əsədov beynəlxalq turnirlərdə də bir sıra uğurlara imza atdı. Elçin Əsədov 2015-ci ildə Birinci Avropa Oyunlarında mübarizə apardı, 2022-ci ildə isə Əziz Şuşa beynəlxalq veloyürüşünün qalibi oldu.
Elçin Əsədov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. İyulun 24-də baş tutan fərdi turnirdə Elçin Əsədov finişə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi velosipedçiləri Kateqoriya:Azərbaycanın olimpiya velosipedçiləri Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında velosipedçilər Kateqoriya:2015 Avropa Oyunlarında velosipedçilər Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları