Barat Vəliş oğlu Yusubov () — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.)
1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb.
Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir.
Həyatı Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur.
Təhsili 1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb. 1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
İş təcrübəsi 2002–2004-cü illərdə Azərbaycanda həqiqi hərbi xidmətdə tibbi məntəqə rəisi, 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının "Nefrologiya" şöbəsində, həkim-nefroloq, 2005–2019-cu illərdə M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsi, həkim-nefroloq işləyib.
Paralel olaraq 2009–2012-ci illərdə "Avrasiya" klinikasında hekim-nefroloq, baş həkim, 2012–2015-ci illər "MediStyle Hospital"da həkim-nefroloq, baş həkim, 2015–2018-ci illər "Medikal Plaza" klinikasının baş məsləhətçisi olub. 2015-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin (ATU), Tədris Cərrahiyyə Klinikasında, həkim-nefroloq, 2017-ci ildən "HB Güvən" klinikasının baş məsləhətçisi, 2017–2019-cu illərdə "SonoMed" eşitmə mərkəzinin baş məsləhətçisi olub.
Həmçinin 2018-ci ildən "EGE Hospital" Müşahidə Şurasının sədri, 2019-cu ildən Azərbaycan Tibb Universiteti, III Daxili Xəsətəliklər kafedrasının asistenti, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Dializ şöbəsinin müdiridir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə 2023-cü ildə Yeni Klinikaya direktor təyin edilib.
İctimai fəaliyyəti 2018-ci ildə "Azərbaycan Nefroloqlar Cəmiyyəti"ni təsis etmiş, 2020-ci ilə qədər sədri olub. 2019-cu ildə Azərbaycan Nefroloqlar Cəmiyyətinin Avropa Nefroloji Dərnəyinin rəsmi üzvü statusunu qazanmaqla avtomatik olaraq həm də Avropa Nefroloji Dərnəyinin üzvü olub.
2022-ci ildə "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"ni təsis edib və həmin ildən də sədridir.
2023-cü ildə "Qədim Qala" Nəşriyyatı ilə Barat Yusubov arasında tibb sahəsində dünyaca məşhur əsərlərin ana dilimizə tərcüməsi ilə bağlı yeni layihə imzalanıb. Layihə çərçivəsində ilk mərhələdə nəşr ediləcək Tinsli Rendolf Harrisonun "Harrisonun daxili xəstəliklər toplusu" () kitabı dünyanın ən etibarlı klinik tibbi vəsaitləri arasında ön sıralardadır və indiyədək 16 dilə tərcümə edilib.
2024-cü ildə Azərbaycanın 4-cü prezidenti İlham Əliyev tərəfindən COP29-da fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib.
Konfrans və simpoziumlar 2014-cü il, 26–27 aprel tarixlərində, Türkiyənin Bolu şəhərində keçirilən "VI. Çapa nefroloji Günleri" konfransı 2014-cü il 22–26 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən "31. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon" kongresi. 2015-ci il 12 mart tarixində Dünya Böyrək Günü münasibətilə Bakı şəhərində keçirilən konfrans (Uremik şişli kalsinozis mövzusunda məruzə) 2015-ci il 23–26 aprel tarixlərində Boluda keçirilən "Çapa Nefroloji Günleri" konqresi 2015-ci il 25–31 may tarixlərində Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən "52nd European Renal Association — European Dialysis and Transplant Association Congress" konqresi 2015-ci il 21–25 oktyabr tarixlərində Antaliyada keçirilən "52nd European Renal Association — European Dialysis and Transplant Association Congress" 8–10.10.2015 II Türk Azərbaycan Nefroloji Kongresi (Xroniki böyrək xəstəliklərindən müalicə alan xəstələrdə damar yolu mövzusunda məruzə) 01–03.06.2016 "Türk Dünyası Transplantasyon Derneği"nin "2'inci Uluslararası Kongresi", Bakı, izləyici kimi 03–05.06.2016 Azərbaycan Uroloq və Androloqlarının X simpoziumu. Qəbələ. (BXX olanlarda preoperativ hazırlıq mövzusunda məruzə) 19–23.10.2016 tarixlərində Antalyada keçirilən "33. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi" 18–20.02.2017 tarixində Türkiyənin İstanbul şəhərində İstanbul Tibb Universitetində keçirilən "Oxumaq, Yazmaq və Öyrənmək" adlı konfrans 2015-ci il 2–5 mart tarixlərində İstanbulda keçirilən "Çapa Nefroloji və Transplantasiyon Günleri" konqresi 26–27.05.2017 tarixində Azərbaycan Uroloq və Androloqlarının simpoziumu. Mingəçevir (Sidik yolu infeksiyası mövzusundə məruzə) 3–6.06.2017 tarixində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 54-cü ERA EDTA Kongresi 18–22.10.2017 tarixlərində Antalyada keçirilən "34. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi 1–4.03.2018 tarixlərində İstanbulda keçirilən "10-cu Çapa Nefroloji və Transplantasiyon Günləri kongresi 24.04.2018-ci ildə "Azərbaycan Nefroloqlar Cəmiyyəti ictimai birliyini təsis etmiş və ilk sədri seçilmişdir. 03–07.10.2018 tarixlərində Antalyada keçirilən "35. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi 12.01.2019 tarixində Fairmont Baku hotelində keçirilən "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin I Nefroloji və Transplantoloji kongresinin sədri və məruzəçi 28.02–03.03.2019 tarixlərində İstanbulda keçirilən "11-ci Çapa Nefroloji və Transplantasiyon Günleri" konqresi 02.2020 tarixində Feyrmont hotelində keçirilən "Nefroloqlar Cəmiyyəti"nin II Nefroloji və Transplantoloji konqresinin sədri və məruzəçi 03.2020 tarixlərində İstanbulda keçirilən "12-ci Çapa Nefroloji və Transplantasiyon Günləri, Arterial, hipertenziya" iclasının sədri 19–20.12.2020 tarixində ATU-nun 90 illiyinə həsr olunmuş elmi konfransda "Atreial hipertenziyada son klinik protokallar" mövzusunda məruzə 06-07-08.10.2021 Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş veb-konfransın nefroloji iclasının rəhbəri və "Kardiorenal sindrom" mövzusunda məruzə 14-15-16-17.10.2021 tarixlərində Şimali Kipr Türk Respublikasında keçirilən "38. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi" 3–6 mart 2022 tarixlərində "14-cü Çapa Nefroloji və Transplantasiyon Günleri", iştrakçı 10 mart 2022-də M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası PHŞ-də keçirilən Ümumdünya Böyrək Gününə həsr edilmiş "Nefrologiyanın Aktual Problemləri" adlı elmi kofransda — panel rəhbəri 2–5 iyun 2022 III Milli Nefroloji, Dializ və Transplantoloji konqresi. Konqrenin vitse-prezdenti və "Kardiorenal sindrom-problem ürəkdirmi, böyrəkdirmi" mövzusunda məruzə 05.11.2022 Akad. C. M. Abdullayev ad. ET Kardiologiya İnstitutunun "Zəfərin Mübarək" adlı elmi konfransda UpToDate; Kardiorenal Sindrom mövzusunda məruzə 9–13 noyabr 2022 tarixlərində Antalyada keçirilən "39. Ulusal Nefroloji, Hipertansiyon, Diyaliz ve Transplantasyon Kongresi", iştirakçı 26 noyabr 2022-ci ildə II Beynəlxalq Laboratoriya Təbabəti Konfransında "Nefrolojidə laborator testlər" mövzusunda məruzə, Bakı, Hyatt Regency 23.12.2022 Nefrologiyada müasir çağırışlara yeni baxış " İnkişaf edən pandemiya: Diabetik nefropatiya" mövzusu ilə məruzə və moderator. Holidey Inn hotel, Bakı 26–27.05.2023 15-ci ÇAPA Nefroloji və Transplantoloji günləri. İstanbul Universiteti. Prof. Dr. Fuat Sezgin Kongre və Kültür mərkəzi. "Hemodializdə cardiopulmonary arrest səbəbləri və önlenmesi" mövzusunda məruzə 01–04.06.2023 7-ci Hipertansiyon, Nefroloji, Diyaliz və Transplantasyon kongresi, Girnə, ŞKTR. "Paratiroidektomi: gecmi kalıyoruz?" mövzusunda məruzə I Sözlü bildiri panelində moderator 06.06.2023 Reanimasiya, ağrının menecmenti və təcili yardım üzrə I beynəlxalq konfransda "Kəskin böyrək zədələnməsi" mövzusunda məruzə
Elmi məqalələri Uremik toksinlər. "Cərrahiyyə" jurnalı, № 2(34), 2013, səh. 80–83 Uremik şişli kalsinoz. "Cərrahiyyə" jurnalı, № 3, 2014. səh. 63–65 Əvəzedici proqram hemodializ müalicəsi qəbul edən şəkərli diabet xəstələrində arterial hipertenziya və onun tənzimlənməsi. "Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri" jurnalı, Bakı, 2007, № 1, səh. 75–77. Kardiorenal sindrom anlayışı; patafiziologiyası, təsnifatı və diaqnostikasıə. "Cərrahiyyə" jurnalı, № 1, 2021. səh. 61–63
Həmçinin bax
İstinadlar
Mənbə Dr. Barat Yusubov
Xarici keçidlər
"Belə tədbirlərin Azərbaycanda da keçirilməsi ən böyük arzularımızdan biri idi" — Barat Yusubov
Kateqoriya:Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimləri Kateqoriya:ATU Tədris Cərrahiyyə Klinikasının işçiləri