Birləşmiş Ərəb Əmirliklərinin İctimai Kitabxanası () — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində mədəniyyət mərkəzi. Tarixi BƏƏ İctimai Kitabxanasının fondlarında 1.000.000 nüsxə kitab saxlanılır. Onun yerləşdiyi binada konsert zalı və "Qasr Al Hosn" sərgi mərkəzi (eyni adlı qala ilə qarışdırılmamalıdır) yerləşir. Kitabxananın ərazisinə fəvvarə, ictimai və uşaq tamaşaları üçün amfiteatr və parkinq daxildir. Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin tabeliyinə daxil deyil (digər kitabxanalar kimi).
Milli Kitabxananın binasının memarı 1976-cı ildə Beynəlxalq Dizayn Müsabiqəsində qalib olmuş Hişam N.Aşkuridir. Kitabxana binasının tikintisi 1981-ci ildə başa çatdırılmışdır. Ümumi tikinti dəyəri 56,1 milyon dollar təşkil edib. Bina BƏƏ mədəniyyətinə həsr olunmuş muzey və sərgi mərkəzi kimi xidmət edən Əl Hosn Qəsri adlı başqa binalar kompleksini yaratmaq üçün sökülüb. Hər il burada “Əl Hosn” adlı möhtəşəm sərgi keçirilir.
İstinadlar
Xarici keçidlər Library website ARCADD, Inc. Abu Dhabi Public Library and Cultural Center on ArchNet UAE Cultural Foundation Library
Kateqoriya:Milli kitabxanalar Kateqoriya:Əbu-Dabi