Filiz Kılıç () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Filiz Kılıç 30 iyun 1964-cü ildə Nevşehir ilinin Avanos ilçəsində anadan olub. Hacettepe Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Qazi Universiteti İctimai Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb.

Qazi Universiteti Fənn-Ədəbiyyat Bölməsində 1995-ci ildə dosent yardımcısı, 2000-ci ildə dosent, 2005-ci ildə isə professor elmi adları alıb. Kitablarıdosent]], 2005-ci ildə isə professor elmi adları alıb. Kitabların və məqalələrin müəllifidir. Uzun illər Qazi Universitetində vəzifələrdə təmsil olunub. 2008-2017-ci illərdə Nevşehir Universitesinin qurucu rəhbəri olub.

2021-ci ildən MHP sədrinin müavinidir.

2023-cü ildə MHP namizədi olaraq Nevşehir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub.

İngiliscə və fransızca bilir. Evli və 2 uşaq anasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları