Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir.
Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır. Keçmiş adı Sarallı Fərcan olmuşdur. Kənd sarallı tayfasının qışlaq yerində fərcan nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Fərcan kəndi dağətəyi ərazidə, rayon mərkəzindən 25 km cənubda yerləşir.
Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 451.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri