Barri Vayt (, ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi.
Həyatı Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.Page 22Love Unlimited, Barry White with Marc Eliot, Broadway Books, New York, 1999
Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır.
Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Diskoqrafiya İl Albom Şirkət 1973 I’ve Got So Much to Give 20th Century 1973 Stone Gon' 20th Century 1974 Can’t Get Enough 20th Century 1974 Together Brothers 20th Century 1975 Just Another Way to Say I Love You 20th Century 1976 Is This Whatcha Wont? 20th Century 1976 Let the Music Play 20th Century 1977 Barry White Sings for Someone You Love 20th Century 1978 My Musical Bouquet 20th Century 1978 The Man 20th Century 1979 I Love to Sing the Songs I Sing 20th Century 1979 Super Movie Themes: Just a Little Bit Different 20th Century 1979 The Message Is Love Priority 1980 Sheet Music Unlimited Gold 1981 Barry & Glodean Priority 1981 Beware! Epic 1982 Change Priority 1983 Dedicated Priority 1987 The Right Night & Barry White A&M 1989 The Man Is Back! A&M 1991 Put Me in Your Mix A&M 1994 The Icon Is Love A&M 1999 Staying Power Private Music 2000 Your Heart and Soul: The Love Album Prism Leisure 2007 An Evening with Barry White [live] Eagle
İstinadlar
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Afroamerikalılar