Türkiyə postmodern çevrilişi və ya 28 Fevral prosesi — Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu 28 fevral 1997-ci ildə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası nəticəsində açıqlanan qərarlarla “irticaçılığa” (mürtəceyə) qarşı iddiası ilə başlayan ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir.
Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələndi. Türk siyasi tarixinə daxil olan qərarların həyata keçirildiyi dövrdə Türkiyədə siyasi, inzibati, hüquqi və sosial sahələrdə dəyişikliklər baş verdi.
Baş verən hadisələr Türkiyədə daha əvvəl baş vermiş çevrilişlərdən fərqli olaraq daha zərif, daha yumşaq, daha səssizScheiterbauer: Islam, Islamismus und Geschlecht in der Türkei. 2014, S. 98. və daha soyuqqanlıBrigitte Moser, Michael Weithmann: Landeskunde Türkei. Geschichte, Gesellschaft und Kultur. Buske Verlag, Hamburg 2008, S. 112. kimi xarakterizə edilərək postmodern çevriliş də adlandırılır.
Qərarların və sanksiyaların icra edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə Baş Qərargah rəisinin birinci müavini Çevik Birin rəhbərliyi ilə Qərb Fəaliyyət Qrupu yaradıldı. Çevrilişdə fəal rol oynayan bəzi şəxslər (Çətin Doğan, Kamal Gürüz və s.) sonradan Balyoz və Ərgənəkon kimi məhkəmə işlərində mühakimə olundular. 28 Fevral işi isə 2012-ci ildə başladı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə tarixi Kateqoriya:28 fevraldakı hadisələr