Domna Visvizi (; ) — Yunanıstan İstiqlaliyyət müharibəsi və donanması qəhrəmanı. Enos Domna Visvizi 1783-cü ildə Şərqi Frakiyanın Enos şəhərində anadan olub. O, varlı ailənin övladı olub.

1808-ci ildə həmyerlisi, gəmi sahibi Antonis Visvizi ilə evlənib. Visvizi cütlüyünün beş övladı olub. Antonis Visvizi, gizli Yunan inqilabi təşkilatı Filiki Eteriyaya xidmət edirdi.

Visvizi cütlüyünün inqilabi fəaliyyəti, 1821-ci il mayın 5-də, üsyançı Psara adasının gəmiləri Enosa yaxınlaşıb, şəhər qalasını mühasirəyə alanda başladı. Cütlük dərhal ən böyük ticarət gəmisi Kalomira briqadasını silahla təchiz etdi. Üsyançılar qalanı ələ keçirdilər. Lakin onlar şəhəri cəmi bir neçə gün saxlaya bildilər. Şərqi Frakiyanın Osmanlı imperiyasının paytaxtına yaxın olan bütün şəhər və kəndlərində olduğu kimi, burada da yunan əhalisinin üsyanları tez bir zamanda yatırıldı.Αποστ. Ε. Βακαλόπολος, Επίλεκτες Βασικές Πηγές της Ελληνικής Επαναστάσεως 1813—1825, Βάνιας Θεσσαλονίκη 1990,τομ А,σελ.310 Visvizi cütlüyü 5 uşağı və bütün daşınan əmlakları ilə Kalomira gəmisində Yunan donanmasının ardınca getdilər. 16 topla silahlanmış və 140 Enos dənizçisindən ibarət ekipajı olan Kalomira döyüş gəmisi Visvizi ailəsinin sığınacağı oldu. Gəmi, Afon, Lesbos və Samos adaları yaxınlığında dəniz döyüşlərində iştirak edib.

Mərkəzi Makedoniyada Hələ 1821-ci ilin martında Şərqi və Mərkəzi Makedoniya ərazilərində Yunan inqilabının lideri Emmanuel Pappas Kalomiradan Filiki Eteriyanın təşəbbüskarı Nikeforos İviritisin abbat olduğu Esfiqmen Afon monastırına gəldi.Douglas Dakin, The Unification of Greece 1770—1923, σελ.72, ISBN 960-250-150-2 Eyni zamanda döyüş sursatları Visvizinin gəmisinə yerləşdirildi.Κωνσταντίνος Αποστόλου Βακαλόπουλος,Επίτομη Ιστορία της Μακεδονίας, σελ. 109

1821-ci il mayın 17-də Halkidiki yarımadasının yunan əhalisi üsyan qaldırdı.Αποστ. Ε. Βακαλόπολος, Επίλεκτες Βασικές Πηγές της Ελληνικής Επαναστάσεως 1813—1825, Βάνιας Θεσσαλονίκη 1990,τομ А,σελ.285 Türklər üsyanı yatırsalar da, mayın 18-dən Saloniki şəhərində yenidən üsyan qalxdı.Αποστ. Ε. Βακαλόπολος, Επίλεκτες Βασικές Πηγές της Ελληνικής Επαναστάσεως 1813—1825, Βάνιας Θεσσαλονίκη 1990,τομ А,σελ.287-288 Stamatios Kapsas Salonikini azad etməyə çalışarkən həlak olduqdan sonra, Makedoniyanın mərkəzində üsyan səngiməyə başladı.Δημήτρης Φωτιάδης, Ιστορία τού 21,ΜΕΛΙΣΣΑ,1971,τ.Β,σελ.83

Kassandranın süqutundan sonra 19 monastırın abbatları Papası türklərə təslim etmək üçün, Esfiqmen monastırı rahibinə müraciət etdilər. Pappas Visvizinin gəmisində Hidra adasına qaçdı. Lakin elə Kalomira gəmisində vəfat edən Pappas, Hidrada dəfn edildi.Δημήτρης Φωτιάδης, Ιστορία τού 21,ΜΕΛΙΣΣΑ,1971,τ.Β,σελ.84

Mərkəzi Yunanıstanda 1822-ci ilin martında Draməli Paşanın qoşunlarının Mərkəzi Yunanıstana daxil olmasının qarşısını almağa çalışan Dmitri İpsilanti, Odissey Androutsos və Nikitarasın dəstələrinin Stilise enməsinə Visvizinin "Kalomira" və digər kiçik gəmiləri köməklik göstərib.

Mərkəzi Yunanıstanın müvəqqəti administrasiyasından “Arios Paqos”un (Areopaq) siyasətçiləri "Kalomira" gəmisinə gəldilər. Aqia Marinada 18 minlik türk korpusunun hücumlarını uğurla dəf edən Androutsos siyasətçilər tərəfindən görüş üçün Kalomira gəmisinə dəvət edildi.Δημήτρης Φωτιάδης, Ιστορία τού 21,ΜΕΛΙΣΣΑ,1971,τ.Β,σελ.207 Visvizidən onun qətlində iştirak etməsi istənildi. Visvizi nəinki bundan imtina etdi, qətldə iştirak edəcəyi təqdirdə hər kəsi cəzalandıracağını bildirdi. Bir neçə gün sonra baş verən döyüşdə onun ölümü, bir çox yunan tarixçiləri tərəfindən, bu qəsd türk gülləsi deyil, məhz yunan gülləsinin nəticəsi kimi dəyərləndirilib.Δημήτρης Φωτιάδης, Ιστορία τού 21,ΜΕΛΙΣΣΑ,1971,τ.Β,σελ.208

Kapitan Domna Domna, tarixşünaslıqda əslən Enosdan olan Enitis kimi xatırlanan Stavrosun köməyi ilə kapitan kimi döyüşü davam etdirdi. Domnanın komandanlığı altında olan "Kalomira" qitədən Evbeya adasına köçürüldü.

Döyüşün sonunda Domna ərini Evbeya adasında, Livada, Aqion Anarqiron kilsəsinin yaxınlığında dəfn etdi.

"Kalomira"ya komandanlıqı edən Domna 1823-cü ilə qədər döyüşlərdə iştirakını davam etdirdi.

Xalq mahnılarında Domna "gözəl, güclü, ilk kapitan" kimi xatırlanır: Πουλάκι πόθεν έρχεσαι, πουλάκι γι΄ αποκρίσου μην είδες και μην άκουσες για την κυρά Δομνίτσα την όμορφη, τη δυνατή, την αρχικαπετάνα, πούχει καράβι ατίμητο και πρώτο μεσ’ στα πρώτα, καράβι γοργοτάξιδο, καράβι τιμημένο, καράβι που πολέμησε στης Ίμπρος το μπουγάζι; Και το πουλάκι στάθηκε και το πουλάκι λέει, την είδα την απάντησα σιμά στο Αγιονόρος τρεις μέρες επολέμαγε με δυο χιλιάδες Τούρκους Καράβια εδώ, καράβια εκεί, καράβια παρά πέρα και τούτη σαν τον αετό ώρμαγε και χτυπούσε δεξιά ζερβά κι ανάστροφα κι όπου βολούσε ακόμα κι άκουγες βόγγους δυνατούς και στεναγμούς μεγάλους κι άκουγες κλάματα πικρά, κατάρες στην κατάρα κι θάλασσες κοκκίνιζαν ως φέσια των αγάδων.

2 il davam edən döyüşlər, ailənin maddi durumuna da mənfi təsirini göstərdi. Ekipajın saxlanması və gəminin texniki təminatı üçün maddi durum yox idi. Domna, Kalomira üçün müraciət edənlərin təkliflərini rədd edirdi. Heç bir vasiti qalmayan Domna, Kalomiranı brander gəmisi kimi hökumətə təhvil verdi. Gəminin qarşılığında, Domnaya Nafplionda tərk edilmiş, pəncərəsiz, qapısız iki otaqlı ev verildi. Burada vəba epidemiyası zamanı o, 5 övladından 3-nü itirdi.

Müharibədən sonra Müharibədən sonra tək qızı ilə qalan Domnanın heç bir gəliri yox idi. Domna, Yunanıstan İstiqlaliyyət müharibəsində iştirakına görə təzminat və pensiya almağa çalışsa da,buna nail ola bilmədi. 30 draxma cüzi təqaüd alan Domna Siros adasına köçdü. Daha sonra, qızı Mariori il birgə Pireyə köçən Domna, 1850-ci ildə Pireydə də vəfat etdi.

Xatirəsi Visvizinin Yunan inqilabı üçün göstərdiyi səyləri xalq poeziyasında da əksini tapırdı. Ölümündən sonra Visvizi "Frakiya Bubulinası" ləqəbini aldı. Lakin, onun Yunanıstan İstiqlaliyyət müharibəsində iştirakı XIX-XX əsrlərdə tarixçilər tərəfindən uzun müddət qiymətləndirilməmiş və demək olar ki, diqqətdən kənarda qalmışdır. Triestli Manto Mavroqenus, Spartalı Konstandiya Zahariya, Manili Savayina və Afinalı Asimo Lidouriki kimi simalarla müqayisədə Visvizi müharibənin az tanınan qəhrəmanlarından biri hesab olunur.

Visvizinin Aleksandrupolisdə 2005-ci ildə ucaldılmış heykəli var. Onun həmçinin Afinada, Yunanıstan İstiqlaliyyət müharibəsi qəhrəmanlarının şərəfinə inşa edilmiş parkda Pedion tou Areosdada büstü var. Buradakı büstdə 2005-ci ildə açılıb.

İstinadlar

Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:Filiki Eteriya üzvləri Kateqoriya:Yunanıstan İstiqlaliyyət müharibəsi iştirakçıları