Ceyhun Ramiz oğlu Cəlilov () — Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (2025-ci ildən), Naxçıvan MR Baş naziri (2024–2025), Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri (2023–2024).

Həyatı Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə isə magistratura pilləsini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İdarəetmə Mühasibləri üçün Rəsmi İnstitutda () Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirmişdir. 2023–2025-ci illər ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (ing. London School of Economics and Political Science) Dövlət və ictimai idarəetmə üzrə idarəedici rəhbərlər üçün magistr dərəcəsi almışdır.

Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuşdur. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının baş nazirləri