Muğanlı və ya Birinci Muğanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd.

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 20 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan yaşayış məntəqələri, Zəngilan şəhəri, həmçinin Füzuli rayonunun, Cəbrayıl rayonunun, Xocavənd rayonunun bəzi yaşayış məntəqələri ilə birlikdə işğaldan azad olunmuşdu.

Tarixi Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.

Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 119.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri