Ruslan Aleksandroviç Polovinko () — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətninin Zmiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində "N" saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları vəhşicəsinə qətlə yetirir, doğma ata-baba yurdlarından deportasiya edirdilər.
Bildiyimiz kimi erməni yaraqlıları bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillərin köməkliyi ilə edirdilər. Ruslan belə muzdluların bir neçə cəsədini ələ keçirməyə müvəffəq oldu. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər. Mİ-24 vertolyotunun heyəti Polovinko Ruslan, Zakir Məcidov, Cavanşir Rəhimov 1992-ci il 6 avqustda döyüşçülərimizin Kasapet yüksəkliyində mühasirəyə düşmələri barədə xəbəri alan kimi havaya qalxdılar. Üç dəfə təhlükəli uçuş edən hava qartalları düşmənin buradakı canlı qüvvəsini və zirehli texnikasını tamamilə məhv etdilər. Onlar yaralılarla yanaşı Şəhidlərimizi də təhlükəli ərazidən çıxara bildilər. Dördüncü uçuş zamanı Mi-24 vertolyotu erməni faşistləri tərəfindən raketlə vuruldu. Vətənimizin cəsur övladları qəhrəmancasına həlak oldular.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidenti Əbülfəz Əliyevin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində dəfn edilib.
İrsi 2016-cı ildə Ukraynanın müstəqil ICTV telekanalı “Faktı” informasiya buraxılışında Viktor Seryogin və Ruslan Polovinkaya süjet həsr edib.
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 238.
İstinadlar
Xarici keçidlər Polovinko Ruslan Aleksandroviç
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Zmiyovda doğulanlar Kateqoriya:Ağdərədə vəfat edənlər Kateqoriya:Zmiyovda dəfn olunanlar Kateqoriya:Azərbaycan hərbi pilotları Kateqoriya:Ukrayna əsilli azərbaycanlılar