Qara Əbülfəz oğlu Qarayev () — Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ xalq artisti (1959), Azərbaycan SSR xalq artisti (1958), Stalin mükafatı laureatı (1946, 1948), "Lenin" mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki.
Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır.
Həyatı
Erkən illəri Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olmuşdur.Zümrüd. Musiqimizə yeni yollar açan novator sənətkar /Zümrüd //Səs.- 2017.- 19 oktyabr.- S.7. Qara Qarayevin atası — əməkdar elm xadimi, Azərbaycanda ən qabaqcıl uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə nəzəriyyəçi kimi böyük ad-san qazanmış, anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmişdi. O həm də fortepiano ifaçılığı təhsili almışdı.
1925-ci ildə Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olmuşdu. Qara Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi. Bu haqda o belə demişdi:
Qarayev muəllimi Üzeyir Hacıbəyova bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonunadək qoruyub saxlamışdı.Qara Qarayev /E. Abbasova, L. Karaqiçeva, R. Fərhadova ; red. T. Quliyev.- Bakı: İşıq, 1978.- 72 s. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin "Aşıqsayağı" simfonik transkripsiyasını yaratmağa ilhamlandırmışdı.Zöhrabov, R. Bəstəkarlarımız haqqında söz: [toplu]: Müəllif bu kitabı Azərbaycan Bəstəkarlar İttifaqının 60 illiyinə ithaf edib. /Ramiz Zöhrabov .- Bakı:Şur, 1995.- I kitab.- 90 s.- portr.
1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olmuşdur.
Yaradıcılıq fəaliyyəti 1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələmişdir. Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.Гулиев, Г. Философия Кара Караева: [О книге музыковеда М. Гаджиевой: "Философия мышления Кара Караева"] //Каспий.- 2007.- 12 сентября.- С. 7.
1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləmişdir. 1943-cü ildə birinci simfoniyanı yazmışdır. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. 1946-cı ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.Qara Qarayevi anarkən: məqalələr toplusu /tərt. və red.: Z. Səfərova; AMEA, Memarlıq və İncəsənət İnstitutu.- Bakı: Elm, 2002.- 160 s. (Mətn Azərbaycan və rus dillərində). Şostakoviçlə Qarayevin ömürlük dostluğu həm zövq, həm yaradıcılıq durumu, həm də həyata baxışları baxımından yaxınlıqlarının sonucu kimi açıqlanırdı.HRENNIKOV, Tihon; KARAEV, Kara; BUNIN, Revol' S Begegnungen mit Dmitri Schostakowitsch. [Meetings with Dmitrij Sostakovic.] Kunst und Literatur, Vol. XXV/5 (1977) 535–47. In German. ISSN: 0023–544X. Bütün bunlar Qara Qarayevin tələbəlik illərindəki yaradıcılığında həm kəmiyyət, həm də keyfiyyət göstəriləri ilə özünü aşkarlayırdı.Таирова, Р. Традиции Д. Шостаковича в азербайджанской музыке на примере симфонического и камерно — инструментального творчества К. Караева: Автореф. дисс.… на соискание ученой степени канд. искусствоведения .-Б., 2004.-27 сSchmelz Peter J. Shostakovich's "twelve-tone" compositions and the politics and practice of Soviet serialism. pp. 303–354; music.
1946-cı ildə ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləmişdir. 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilmişdir.Гаджиева, Мина. Философия мышления Кара Караева [Текст] /М. Гаджиева; науч. ред. И. Б. Джафарзаде.- Баку: Элм, 2007.- 118, с.: ил., 21 см. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olmuşdur. Həmin ildə Ümumittifaq Sovet Bəstəkarlatının I qurultayının nümayəndəsi olmuşdur.Qara Qarayev: oçerklər /ön sözün müəl. F. Bədəlbəyli; elmi red. G. Abdullazadə; tərt. ed. və red. Ş. Mahmudova, G. Mahmudova.- Bakı: Çinar-Çap, 2003.- 280 s. 1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri seçilmişdir.
Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilmişdir. Həmin ildə Sovet mədəniyyət və incəsənəti nümayəndə heyətinin tərkibində Alban Xalq Respublikasında olmuşdur. 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir. Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konferensiyasının nümayəndəsi seçilmişdir və Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur. O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.Əliyeva, İ. Böyük sənətin qüdrəti: Musiqi xadimləri /İradə Əliyeva //Azərbaycan.- 2016.-6 fevral.- S.6. 1955-ci ildən 1976-cı ilə qədər IV–IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur. 1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmişdir. 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə seçilmişdir. 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü seçilmişdir. Həmin ildə "Don Kixot" filminə musiqi bəstələmişdir. 1958-ci ildə V çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Həmin ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olmuşdur. Moskvada Azərbaycan incəsənət dekadasının iştirakçısı olmuşdur. Çexoslovakiyada "Yeddi gözəl" baletinin premyerasında iştirak etmişdir.На проводе -Прага: [Сегодня премьера балета "Семь красавиц" Кара Караева на Чехословацкой сцене] //Вышка.- 1959.- 23 сентября.- С. 2.
1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. Həmin ildə Azərbaycan Kommunist Partiyasının XXIV qurultayının nümayəndəsi olmuşdur. 1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.Тропою грома" в Лос-Анжелесе: [Беседа корреспондента газеты с композитором об его участии в концертах США] //Вышка.- 1961.- 28 мая.- С. 2. Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misirdə səfərdə olmuşdur. O, həm də Azərbaycan Kommunist Partiyasının XXV qurultayının və SSRİ KP XXII qurultayını nümayəndəsi olmuşdur. 1962-ci ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir (VI çağırış). Azərbaycan Bəstəkarlarının İkinci Qurultayının nümayəndəsi olmuşdur. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. P. İ. Çaykovski adına skripkaçıların İkinci Beynəlxalq müsabiqəsinin juri üzvü olmuşdur. Sovet mədəniyyət və incəsənət nümayəndə heyətinin tərkibində Amerika və Afrika ölkələrində olmuşdur. 1963-cü ildə "Yeddi gözəl" baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulmuşdur. Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur; Azərbaycan Kommunist Partiyasının XXVI qurultayının nümayəndəsi olmuşdur. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir. 1965-ci ildə Kamera orkestri üçün məşhur 3-cü Simfoniyanı bitirmişdir. Aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.
1966-cı ildə SSRİ Ali Sovetinin deputatı (VII Çağırış) seçilmişdir. Həmin ildə Bakıda "Klassik süita"nın ilk ifası olmuşdur. O, həm də Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuşdur və Sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmişdir. 1967-ci il aprelin 21—də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur. Həmin ildə Monrealda keçirilən Beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur; Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsində iştirak etmişdir. 1969-cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir və III Simfoniyası Yaponiyada səslənmişdir.
1971-ci ildə Moskvada açılan Beynəlxalq Musiqi Konqresinin yekun konsertində III Simfoniya böyük uğur qazanmışdır. "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur. 1972-ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur. 1973-cü ildə "İldırımlı yollarla" baleti Odessa Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur. Həmin ildə P. İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir. 1975-ci ildə Leninqradda yaradıcılıq gecəsi konserti keçirilmişdir.
1976-cı ildə III Simfoniya Praqa şəhərində uğurla səsləndirilmişdir. Həmin ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.Тагизаде, А. На музыкальных меридианах: [Доклады Кара Караева и Т. Тагизаде на встрече советских и итальянских музыкантов в мае в городе Пезаро] //Бакинский рабочий.- 1976.- 2 мая.- С. 3. 1978-ci ildə 60 illiyi münasibətilə Moskvada müəllif konserti təşkil edilmişdir. Həmin ildə ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulmuşdur.
Qara Qarayev XX əsri "molto accelerando e crescendo" () musiqi termini ilə izah etmişdir. Qarayev müxtəlif illərdə, müxtəlif məqalə və çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərbin sintezi, vəhdəti haqqında danışırdı.Абдуллаева, Л. Донкихотство как вечное движение вопреки: [О значении творчества К. Караева и Уз. Гаджибекова в музыкальной жизни] //Азербайджанские Известия.- 2008.- 23 февраля.- С. 3. O, bu sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görürdü.Алиева, Р. Лицом к лицу со временем //Азербайджанские Известия.- 2008.- 13 февраля.- С. 3. Bu barədə başqırd yazıçısı R. Həkimova verdiyi müsahibədə Qarayev Qərbin və Şərqin lap əvvəldən onun təhsilində, yaradıcılığında vəhdətdə olduğunu qeyd edirdi:
1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilmişdir. 1984-cü ildə Bəstəkar Qara Qarayev gəmisi dənizə buraxılmışdır. 1989-cu ildə 8 illik orta musiqi məktəbinə Qara Qarayevin adı verilmişdir.