Şəki İrs Reyestrinə daxil edilmiş obyektlərin siyahısı — Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması barədə qərarın Azərbaycanda tətbiqi.

2017-ci il iyul ayının 7-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələ olub. Üzv dövlətlərin dəstək çıxışlarından sonra Azərbaycan nümayəndə heyəti söz alıb. Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olunub. Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub.

Şəki İrs Reyestrinə daxil edilmiş obyektlər

Mədəni irs növü Maddi-mədəni Qeyri-maddi mədəni Mədəni-təbii

+ Maddi-mədəni Qeyri-maddi mədəni:Mədəni-təbii Çar Rusiyasının əsgərləri üçün tikilmiş məbədKirəmitlə örtülmüş çardaq və ondan müxtəlif məqsədlərlə istifadə edilməsiFıstıq ağacları Alban kilsəsiPiti yeməyiSarağan ağaclarıƏhmədiyyə Mikayıl oğlu Cəbrayılovun evi - Xatirə muzeyiGöyərçin saxlamaŞəkidəki cökə ağaclarıNağıyev Ülfət Arif oğlunun evi (İpək manufakturası)Çövkən oyunuPalıd ağaclarıFəhlə-gənclər məktəbiTəkəlduzÇinar ağaclarıEndokrinoloji xəstəxanaTənəkəçi sənətiXan yaylağıGöz xəstəxanasının binasıŞəbəkəSu çıxan yerlər – Qaynama nöqtələriNalbənd Paşanın yaşayış eviSuvenirlərMustafabəy meşəsiİpək manufakturasıSandıqçı dükanıYellicəAğayev Hikmətin yaşayış eviRəssamCalğalıqHacı Məmmədhəsənin yaşayış eviPapaqçıŞəki mağaralarıŞamçıyev Heydərin yaşayış eviMisgərlik dükanıÖskürək piriHacı Ələkbərin yaşayış eviMusiqi alətləriMalyatan talasıMəmmədsadıq Əliyevin yaşayış eviQalayçıBulaqlıq ərazisiMəmmədov Abdulkərimin yaşayış eviKələğayıGüllütəpə adlanan tala ərazisi2 saylı uşaq bağçasıXovlu tikməŞabalıd meşəliyiŞəki profilaktik dezinfeksiya şöbəsiXalçaçılıqTicarət dükanları (6 ədəd)HalvaçıAltı dükan, üstü yaşayış eviDulusçuluqTicarət dükanı (5 dükan) (Şəxsi mülkiyyət)Çarxçı sənətiAltı dükan, üstü yaşayış evi, №1Məmmədov Şöyübün kustar dulusçu emalatxanasıƏbdürrəhimov Namiqin yaşayış eviMolla Pənah Vaqif adına 7 nömrəli kitabxanaGeneral-mayor Həmidov Məmmədşərifin yaşadığı evHacıyev Ziya Həmid oğlunun yaşayış evi (Hacı Qafar bəy tikdirib)Çopur Rəcəbalının yaşayış evi (Həbibullahzadə Nurəddin yaşayır)Nağıyev Məmmədiyyənin yaşayış eviİranlıların yaşayış evi (köhnə kələğayı sexi)Salmanov Nütvəli İslam oğlunun yaşayış eviDaşdəmirov Mustafa Abdurahman oğlunun yaşayış eviBeydulla müəllimin yaşayış eviSu dəyirmanıƏhmədov Cabbarın yaşayış evi11 saylı uşaq bağçasıMəmməd Kərimin corab arteliRəsulov Həsən Əfəndinin oğlunun yaşayış eviHəmid ağanın yaşayış eviKazım həkimin yaşayış eviSüleymanov Əliabbasın yaşayış eviGüllü qarı məscidiHacı Çavuş Mirbaba Seyid oğlunun yaşayış eviHüseynov İsmayılın yaşayış eviCəlil Xəlilovun və Axund Fərəcullanın yaşayış eviAğabala müəllimin yaşayış evi (Teymur Xəlilovun evi)Salman Mümtazın anadan olduğu ev (Evlər idarəsinin balansında)Məmmədqasım kişinin yaşayış eviHacı Məmmədin mülküMəşədi Salmanın yaşayış eviCəbrayılov Əyyubun yaşayış eviŞirniyyatçı Ələkbərin yaşayış eviAğaşirinlərin yaşayış eviTicarət dükanı - 5 ədəd (kəlağayı arteli olub)Ticarət dükanıTicarət dükanı (3 ədəd)Poliklinikanın müalicə şöbəsi (əvvəllər yaşayış evi olub)Uşaq poliklinikası (əvvəllər yaşayış evi olub)Ticarət dükanı-anbarTicarət dükanı4 №li məktəb yerləşən binaSeyid Bağırın yaşayış eviCızbız dükanıÜç ticarət dükanı (kələğayı toxunub)Birmərtəbəli dükanİkimərtəbəli dükan, üstü yaşayış eviİkimərtəbəli ev- üst mərtəbəsi yaşayış evi, alt mərtəbəsində iki dükanİkimərtəbəli ev - üstü yaşayış evi, altı dükanDadlıların çayxanasıAxsaq Yusifin ticarət sırası, dükan № 5, 6Axsaq Yusifin ticarət sırası, dükan № 3, 4Axsaq Yusifin ticarət sırası, anbar № 2Axsaq Yusifin ticarət sırası, dükan № 1Süleymanov Rəhimin yaşayış evi5 saylı uşaq bağçasıVarlı tacir mülkü, hazırda Dəri-Zöhrəvi Xəstəliklər DispanseriSurxayev Tahir, Abdurahmanov Qurbanın yaşayış eviKərimova Nərgizin yaşayış eviHacı Əbdülhəlimov İsmayılın yaşayış eviMəşədi Xəlilov Kamran Xəlil oğlunun yaşayış eviHacı İsmayılın yaşayış eviQəssab Hüseynin mülküHacı Qədirin, Hacı Məmmədin yaşayış evi (18 saylı uşaq bağçası)Dərzi Məhəbbətin yaşayış eviTacir Əhmədin yaşayış eviMəşədi Həsənin yaşayış eviHacı bəyin yaşayış eviHacı Yusifin yaşayış eviAbdurahmanov Cəfərin yaşayış evi (düyüçü )Hacı Yusifin yaşayış eviMurad müəllimin babasının yaşayış eviƏfəndizadə Abdulla bəyin yaşayış eviKərpic zavodunun qülləsiCabbarov Müzəffərin yaşayış eviÇopurların yaşayış eviÇörəkçi Hüseynov Bəşirin yaşayış eviHacı Qafarların yaşayış eviAğamirzəyev Xəlil Cəlil oğlunun yaşayış eviNəsirova Gülnazın yaşayış eviMəmmədov Qəmbərin yaşayış eviMülayim Qəmzə qızının yaşayış eviHacı Rzaqulunun yaşayış eviTacir İsanın yaşayış eviHacı Zeynalabdinin yaşayış eviTacir Məmmədəlinin yaşayış eviTacir Məmmədəlinin ikinci yaşayış eviMüharibə əlili Nuru müəllimin yaşayış eviŞirinovların yaşayış eviSəmədovların yaşayış eviUşaq xəstəxanasının binası3№li fabrikin binasıSahibkar Abbasqulunun yaşayış eviHacı Süleymanın yaşayış eviHacı Qafar bəyin yaşayış eviHacı Məmməd ağanın yaşayış eviHacı Arif müəllimin yaşayış eviHacı Xəlilovların yaşayış eviQasımbəyin yaşayış eviHacı Musa ağanın yaşayış eviRəsulovların yaşayış eviZülfüqarovun tikdirdiyi mollaxanaHacı Bəşirin yaşayış eviMəmmədsadıq Əliyevin ticarət kontoru / Şəki Pedaqoji Kollecinin III korpusuÇingiz Mustafayev adına klubBəxtiyar Vahabzadənin ev-muzeyiTəcridxana binasıTəcridxana binası (Sənətkarlar evi)Keçmiş kazarma binalarının paltar yuyulan yeri (Şəbəkə sexi)Keçmiş kazarma binası (Dövlət Rəsm Qalereyası)Yapon Yaqubun yaşayış eviSabit Rəhmanın ev-muzeyi2 №li məktəbin binasıƏliyevlərin yaşayış evi (Pedaqoji Kollecin yerləşdiyi bina)Dadanovların yaşayış evi, 5 bina (İnternat məktəbinin binası)İmam Əli məscidi və minarəsiRəşid bəy Əfəndiyevin ev-muzeyiMirzə Fətəli Axundzadənin ev-muzeyiTağlı körpülərMinarəDərə hamamıGödək minarəli məscidÖmər Əfəndi məscidiCümə məscidiAbdulsalam hamamı (Yeraltı hamam)Fərhadbəyovların yaşayış eviƏlicanbəyovların yaşayış evi1 №li fabrikin filialıKöhnə su kəməriXan bağıAğvanlar hamamıAşağı KarvansarayYuxarı KarvansarayŞəkixanovların eviQala divarlarıXan məscidi və Xan qəbiristanlığıGileyli məscidinin minarəsiDairəvi məbədXan sarayı Qeyd: Cədvəldəki obyektlərlə bağlı Şəki İrs Reyestri İnternet Portalından ünvan, fotoşəkil və əlavə xüsusi qeydləri əldə edə bilərsiniz. Marşrutlar + Mədəni İrs Marşrutları Təbii İrs Marşrutları Çinar marşrutu Şərq Çinarı yolu Cökə marşrutu Tut-ipək yoluPalıd marşrutuCökə yoluSarağan marşrutuSarağan yoluTut marşrutuPalıd yolu Qeyd: Cədvəldəki marşrutlarla bağlı Şəki İrs Reyestri İnternet Portalından ünvan, fotoşəkil və əlavə xüsusi qeydləri əldə edə bilərsiniz.

Şəki İrs Reyestri İnternet Portalı

"Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2018-ci il Sərəncamının birinci bəndinin icrası üçün yaradılmış bu internet portalı "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin edir. Bu məlumat bazası "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı görüləcək işlər üçün mənbə və istinaq nöqtəsi rolunu oynayacaq. Bu məlumat bazası Şəkinin maddi və qeyri-maddi mədəni irs nümunələri ilə yanaşı onun təbii irsi hesab edilən ünsürləri (ağacları və təbii landşaft yerlərini) də qeydiyyata almışdır.

Şəki haqqında Azərbaycan Respublikasının şimal-qərbində yerləşən Şəki şəhərinin tarixi kökləri eradan əvvəl VI əsrə, Qafqaz Albaniyası dövrünə qədər uzanır.

1743-cü ildə müstəqil Şəki xanlığının yaranması ilə şəhərin inkişafı üçün yeni tarixi imkanlar yaranmışdı, lakin düzən ərazidə yerləşən Şəki şəhəri 1772-ci ildə Kiş çayının daşması nəticəsində tamamilə dağıldı. Bu hadisədən sonra sakinlər bir qədər yuxarıda, dağlıq ərazidə yerləşən Nuxa kəndinə köçərək indiki şəhərin əsasını qoydular.

Həmin tarixdən etibarən Şəkidə dörd fərqli şəhərsalma-memarlıq təbəqəsi formalaşıb:

1. Xanlıq dövründən qalan şəhərsalma-memarlıq üslubu: 1772-ci ildə Nuxa şəhəri Şəki xanlığının yeni siyasi mərkəzinə çevrilir, burada tacirlər məskunlaşır, ənənəvi sənətkarlıq və ipəkçilik inkişaf edir

2. Çar Rusiyası dövrü: çarlıq dövrü şəhərin orta əsr Azərbaycan memarlıq üslubuna yeni rus və Avropa elementlərini əlavə edir.

3. Sovet dövrü: şəhərdə yeni inzibati binalar inşa edilir

4. 1991-ci ildən başlayaraq müstəqillik dövrü: yeni ictimai binalar və özəl tikililər, həmçinin mehmanxanalar inşa edilir.

Bütün bu fərqli təsirlərə baxmayaraq, ərazinin təbii məhdudiyyətləri – üç tərəfdən dağlarla əhatə olunması səbəbindən Şəkinin tarixi ərazisi öz ilkin şəhər quruluşunu mühafizə edib. Vizual tamlığını qoruyub saxlamış dağ vadisi fonunda şəhər peyzajında hələ də ənənəvi tarixi binalar üstünlük təşkil edir.

"Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu" Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ildə Şəki şəhərinin tarixi hissəsini qorumaq məqsədilə Azərbaycan sovet hakimiyyəti tərəfindən təsis edilib. Qoruğun təsdiq edilmiş inzibati sərhədləri daxilində ümumi sahəsi 283 hektar təşkil edir. Şəki şəhərinin ümumi əhalisinin 20%-i (13500 nəfər) qoruq ərazisində məskunlaşıb. Bunun nəticəsində qoruq ərazisi sıx məskunlaşmış şəhər yeri səciyyəsi daşıyır (hər kvadrat kilometrə 482 nəfər).

Qoruq ərazisində dövlət əhəmiyyətli 9 tarixi-memarlıq, 1 arxeoloji və 1 park-monumental abidə, yerli əhəmiyyətli isə 15 tarixi-memarlıq abidəsi var. Bununla yanaşı, qoruq idarəsi daha yüzlərlə binanı (yaşayış evləri, fabriklər, sənətkarlıq dükanları və s.) tarixi-memarlıq abidələrinin siyahısına əlavə etməyi təklif edir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu gözəl təbiəti və bitki örtüyünə malik dağlıq ərazidə yerləşir. Öz səciyyəvi hündür damları, geniş eyvanları və bağları ilə gözoxşayan ənənəvi Şəki evləri əzəmətli dağ yamaclarının fonunda tarixi şəhər landşaftının ardıcıl və xarakterik vizual bütövlüyünü təşkil edir. Şəkini əhatə edən bu təbii landşaft onun taleyində olduqca əhəmiyyətli rol oynadığından, təxminən 72 km2-lik sahədə qərar tutan bu təbiət ərazisi şəhərinin tarixi irsinin ayrılmaz bir hissəsidir. Şəhərin quruluşu və böyümə qanunauyğunluğu onun iqtisadi həyatı və əlaqəli fəaliyyətlərlə yanaşı, həm də yerləşdiyi ərazinin topoqrafiyasına birbaşa bağlı idi.

Bir sözlə, Şəki şəhərinin tarixi hissəsi, hal-hazırda Yuxarı Baş qoruğu adı altında mühafizə olunan ərazi, XVIII əsrin sonlarından etibarən öz ənənəvi xarakterini qoruyub saxlayan memarlıq ansamblının gözəl nümunəsidir. Burada binaların tikintisində kərpic və çay daşı kimi yerli materiallara, kirəmitlə örtülü hündür maili damlar kimi yerli elementlərə üstünlük verilirdi. Daşqın və leysanlardan sığortalanmaq üçün yanmış kərpiclərin istifadəsi geniş yayılmışdı. XX əsrin əvvəllərinə kimi Şəkinin əsas iqtisadi fəaliyyəti olan ipəkçiliklə bağlı olaraq tut ağacları yetişdirməyə imkan verən böyük bağlar salınırdı.

Həmçinin bax Şəki şəhəri Şəki Xan sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısı Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu

Xarici keçidlər Historic Centre of Sheki with the Khan’s Palace

İstinadlar