Rəşad Məmmədov (; ) — Azərbaycan əsilli Belarus cüdoçusu. Cüdo üzrə Avropa çempionatının qızıl və bürünc mükafatçısı. Beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası.
Həyatı 1994-cü ildə Avropa çempionatında beşinci, gənclər arasında Avropa çempionatında isə üçüncü olub.
1997-ci ildə Ostende şəhərində təşkil olunmuş Avropa çempionatında 60 kq çəki dərəcəsində yarışan Məmmədov, bütün rəqiblərini üstələyərək, qitə birinciliyinin qalibi olub. Bununla da, o, Belarusun cüdo üzrə ilk Avropa çempionu kimi adını tarixə yazdırıb. 1998-ci ildə Avropa, 2003-cü ildə isə Belarus çempionatında bürünc medal qazanıb.
İstinadlar
Xarici keçidlər Rəşad Məmmədov The-sports.org saytında
Kateqoriya:Belarus cüdoçuları Kateqoriya:Cüdo üzrə Avropa çempionları Kateqoriya:Cüdo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Belarus azərbaycanlıları