Daştatük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd
Coğrafi mövqeyi Kənd Talış dağlarının ətəyindən ətəyində yerləşir. Biləsər kəndindən 8 km aralı. Hirkan milli parkının ərazisinə daxildir.
Əhalisi Əhalisi 901 nəfərdir. Məşğulluq sahəsi əkinçilik və maldarlıqdır.
Tarixi Bəzən Daşdatük variantında da qeydə alınan bu oykonimin düzgün variantı Daştətükdür. Kəndin adı talış dilindəki daşt (çöl, düzən) və tük (çəltik sahəsi) sözlərindən düzəlib (-ə bitişdirici saitdir), "çəltik əkilən düzənlik" deməkdir. Keçmişdə çəltik həyətyanı, yaxud da kəndin kənarında əkinə yararlı sahələrdə becərilirdi. Əhali belə sahələri daştətük adlandırırdı. Tədricən həmin əkin sahəsi yaşayış məntəqəsinə çevrilmiş və kənd də əkin sahəsinin adı ilə adlandırılmışdır.
Din Kənddə Daştatük kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri