Kod 8 — ssenari müəllifi və rejissoru Ceff Çan olan 2019-cu ildə çəkilmiş Kanada elmi fantastika filmidir. Film 2016-cı ildə çəkilmiş eyniadlı qısametrajlı filmin tammetrajlı versiyasıdır.
Süjet xətti
Ridin anası ölümcül xəstədir və o pul, tibbi yardım üçün ümidsizdir. Ridə pulla Satkliff adlı cinayətkar dəstənin lideri yaxınlaşır. Kiçik işlər heç bir problemsiz başa çatdırılır. Bu vaxt Rid Satkliffin dostu Nia, Meddi və Ridin anasını xilas edə biləcək biri ilə tanış olur. Böyük oğurluq günü gələndə soyğunçuluq birinci mərhələdə heç bir problemsiz baş verir, lakin sonradan Satkliffin adamları Ridin bəzi dostlarını öldürür. Rid Satklifflə yenidən görüşə bilmək üçün zabit Parkla əlaqə saxlayır. Polislər və Rid Satkliffin sığınacağına basqın təşkil edirlər. Bu hücum zamanı Satkliff və adamları öldürülür. Orada Rid Nianın Ridin anasını sağaltmaqdan imtina etməsinin səbəbini öyrənir. Loğmanlıq qabiliyyətinin bir əvəzi vardır. Loğman hər dəfə kimisə sağaldandan sonra bu xəstəlikləri öz bədəninə götürür və Rid anasının nə qədər xəstə olduğunu nəzərə alaraq, Nianın onun anasını sağaldacağı halda, Nianın özünün ölə biləcəyini başa düşür. Rid, buna baxmayaraq Nianı bu işi görməyə məcbur edir, lakin bu prosesin Nia üçün nə qədər ağrılı olduğunu gördükdən sonra Nianı sərbəst buraxır. Rid etdiyi cinayətlərin kəffarəsini ödəmək üçün özünü polisə təslim edir.
Rollarda
İstehsalı
İnkişaf mərhələsi
2016-cı ildə Robbi və Stiven Amell potensial bədii film üçün tizer rolunu oynayan "Kod 8" adlı qısametrajlı filmlərini buraxdılar. 200.000 dollar tələb edən Indiegogo fandreyzinq kampaniyası qısa bir müddət ərzində 1 milyon dollar əldə etmiş və hal-hazırda 2 milyon dollardan çox vəsait əldə etmişdir. 12 iyun 2017-ci ildə Leisla De Oliveyra filmdə rol almışdır.
Çəkilişlər
Əsas çəkilişlər 1 iyun 2017-ci ildə Kanadanın Ontario ştatının Toronto şəhərində başlamışdır.
Yayımlanma
9 fevral 2017-ci ildə Berlin Beynəlxalq Film Festivalı zamanı XYZ Films filmin beynəlxalq satış hüquqlarını əldə etmişdir. Film 13 dekabr 2019-cu ildə kinoteatrlarda nümayiş olunmuşdur.
Film 6 dekabr 2019-cu ildə Kanadada və 13 dekabr 2019-cu ildə ABŞ-də kinoteatrlarda nümayiş olunmuşdur; onun Netflix platformasında yayımlanması isə 11 aprel 2020-ci ildə baş tutmuşdur.
Növbəti hissələr
Spin-off seriyası
2019-cu ilin dekabr ayında Quibidə Kris Peyr tərəfindən süjet xətti yazılmış və rejissor Cef Çan tərəfindən çəkilmiş Robbi və Stiven Amellin baş rollarını ifa etdiyi qısa formalı spinoff seriyasının hazırlandığı elan edilmişdir. Quibinin bağlanması ilə bağlı elan veriləndən sonra isə, serial qeyri-müəyyən müddətə təxirə salınmışdır.
Davamı
2021-ci ilin iyun ayında Robbi və Stiven Amill 2024-cü ildə efirə çıxarılan bu filmin davamı olan filmdə rollarını yenidən təkrarlamışdılar. Netflix filmin qlobal yayım hüquqlarını əldə etmişdir.
İstinadlar
Xarici keçidlər
Code 8 at Library and Archives Canada
Kateqoriya:Kanada filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Sikvel filmlər Kateqoriya:2019-cu ilin filmləri Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Elmi fantastika filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:2010-cu illərin elmi fantastika filmləri Kateqoriya:Kanadanın elmi fantastika filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Antiutopik filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Kanadanın elmi fantastika döyüş filmləri Kateqoriya:Kanadanın superqəhrəman filmləri Kateqoriya:2010-cu illərin elmi fantastika döyüş filmləri Kateqoriya:2010-cu illərin superqəhrəman filmləri Kateqoriya:2010-cu illərin antiutopik filmləri Kateqoriya:Biopank filmlər Kateqoriya:Torontoda çəkilmiş filmlər Kateqoriya:2010-cu illərin Kanada filmləri Kateqoriya:Qısametrajlı filmlərə əsaslanan filmlər Kateqoriya:2019-cu ilin elmi fantastika döyüş filmləri