Ağbənd körpüsü — Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Araz çayı üzərində İranla sərhəddə yerləşən avtomobil körpüsü. Körpü üzərində sərhəd-gömrük in­frastrukturu mövcuddur. Tikintisi 2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbay­can Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökumə­ti arasında İran İslam Respublika­sının ərazisindən keçməklə Azər­baycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Nax­çıvan Muxtar Respublikası ara­sında yeni kommunikasiya bağ­lantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çər­çivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə təd­birləri layihələrinin təməlqoyma mərasimi keçirilib. Bununla da layihə çərçivəsində tikinti işlərinə start verilib.Ağbənd körpüsü Naxçıvana açılan qapıdır

Tədbirdə Araz çayı üzərin­dən tikintisi başlanılan körpünün koordinatları və texniki parametr­ləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq mü­vafiq sərhəd-gömrük məntəqə­sinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məc­ratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası ara­sında inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumla­rının məlumatları dinlənilib. Qeyd olunub ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, eləcə də 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Avtomobillər üçün nəzərdə tutulan körpü ilə yanaşı, burada Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də körpü salınacaq."Ağbənd körpüsü stratejidir, burada gömrük-keçid məntəqəsi və terminal da inşa ediləcək" - İranlı nazirAğbənd Kəlalə avtomobil yolu körpüsü fevral 2026'da tikinti işlerinin %100 qutarıp indi isə Aras Dəhlizinə bağlayan körpü oldu

İstinadlar

Xarici keçidlər Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir - Prezident İlham Əliyev Musəvi: İranla Azərbaycan arasında Ağbənd körpüsü ilə bağlı razılaşma Bakının Tehrana etimadının göstəricisidir Horadiz-Ağbənd dəmir yolunda tikilən körpü ilə bağlı planlar açıqlanıb

Kateqoriya:Avtomobil körpüləri