Polşanın Milli Müstəqillik Günü () — Polşanın milli bayramıdır və 11 noyabr tarixində qeyd olunur. Bu gün, 1815–1918-ci illər arasında mövcud olmuş Polşa Krallığının 1918-ci ildə müstəqilliyini bərpa etməsinin xatirəsinə təsis edilmişdir. Bayram, 1795-ci ildə baş verən Üçüncü Polşa Bölgəsindən sonra keçən 123 illik işğal dövrünün sona çatmasını simvolizə edir.
Bu bayram 23 aprel 1937-ci ildə qanunla rəsmi olaraq təsis edilib,Dz. U. z 1937 r. Nr 33 poz. 255 lakin 22 iyul 1945-ci ildə Xalq Milli Şurasının qərarı ilə ləğv olunub. Polşada siyasi sistemin dəyişməsi dövründə, 1989-cu ildə yenidən bərpa edilib.
Müstəqillik Günü ölkə miqyasında qeyd olunan rəsmi istirahət günüdür. Bu gün bayraqlar qaldırılır, ölkə prezidenti çıxış edir və Varşavanın mərkəzində hərbi parad təşkil olunur.
Tarixin seçilməsi Polşanın müstəqilliyinin bərpası tədrici bir proses idi. 11 noyabr tarixinin seçilməsi, Polşadakı hadisələrin I Dünya Müharibəsinin sonu ilə üst-üstə düşməsi ilə izah oluna bilər. Bu gün, 11 noyabr 1918-ci ildə imzalanan birinci Kompyen atəşkəsi Almaniyanın məğlubiyyətini şərtləndirdiyi üçün mühüm əhəmiyyət daşıyır.
Bu hadisədən bir gün əvvəl, 10 noyabr 1918-ci ildə, Yuzef Pilsudski Varşavaya gəlmişdi. 10 və 11 noyabr tarixlərində polşa xalqı özünü tamamilə müstəqil hiss etməyə başladı, və ölkəni dərin həyəcan və coşğu hissi bürüdü.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Polşa bayramları Kateqoriya:Əlifba sırasına görə bayramlar