Malvina () —1992-1997-ci illərdə qızlar üçün nəşr edilmiş qazax rusdilli qəzeti. Müasir Qazaxıstanda ilk feminist dövri nəşri hesab olunur. Tarixi 1991-ci ildə Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş qəzetin ilk nömrəsi yalnız 1992-ci ildə işıq üzü görüb. Onun təsisçiləri jurnalist Yuri Zaytsev (baş redaktor) və rəssam Yevgeniya Kozıreva idi. Sonradan qəzetin təsisçiləri müstəqil Qazaxıstanda ilk qadın ictimai təşkilatlarından biri olan Qazaxıstan Feminist Liqasına rəhbərlik etdilər.
Qəzeti Qazaxıstandan başqa, digər Orta Asiya ölkələrində və Rusiyanın müəyyən bölgələrindən də əldə etmək mümkün idi.
Malvinanın liderlərinin sözlərinə görə, qəzet demək olar ki, məktəblərdə qızların hüquqları uğrunda mübarizədə iştirak edib:
"Malvina"nın redaksiyasına çox gənc qızların hüquqlarının pozulduğuna dair şikayət məktublar gəlməyə başladı. Təbii ki, onlar şikayətlərini müxtəlif sözlərlə qələmə almışdılar, amma mahiyyət belə idi: riyaziyyat müəllimləri oğlanlara daha çox dəstək olurlar, qiymətləri də yüksəkdir; qızlar isə ədəbiyyat və əmək dərslərinə cəlb edilirlər. Oğlanlar ali məktəbə, qızlar isə ailə həyatına hazırlaşdırılır. Bu mövzu, bir çox gənc xanım oxucunun şikayət məktublarında yer alırdı. Və hiss etdik ki, bu məktublara cavab verə bilmirik. Yeni yaranmış müstəqil dövlətdə bu problemlərin kökünü axtarmağa başladıq və işlənməmiş sahəyə - qadın hüquqları və onların müdafiəsinə rast gəldik. Sonra qəzetin redaksiya heyəti Qazaxıstanda gender bərabərliyi istiqamətində ilk addımı ataraq cinsiyyətçi stereotiplər olmadan 30000 nüsxə məktəb iş dəftəri nəşr etdi.
1995-ci ildə qəzetin əməkdaşları beynəlxalq Sülh Qatarının toplantısında və Pekində keçirilən Qadın Hüquqları üzrə 4-cü Ümumdünya Konfransında iştirak etmişdilər. Onlar, həmçinin, 1990-cı illərin ortalarında Adelaida və Braytonda keçirilən qadın konfranslarında və digər oxşar tədbirlərdə də iştirak etdilər.
Qəzet, 1997-ci ildə maliyyə çatışmazlığı səbəbindən nəşrini dayandırdı.
Maraqlı faktlar Məşhur yazıçı Sergey Lukyanenko da qəzetin redaksiyasında çalışırdı.Екатерина Корнилова. Сергей Лукьяненко - коллекционер мышей и "Дозоров" .// Pravda.ru, 11 апреля 2013.
"Malvina" nəşriyyatının digər layihələri Qəzetin nəşrini gerçəkləşdirən eyniadlı nəşriyyat da 1990-cı illərin ikinci yarısında Qazaxıstanda qadın hərəkatı haqqında bir sıra hesabatlar, o cümlədən "Qadınların statusu haqqında hesabat" (1997) dərc etmişdir. Bundan əlavə, burada uşaqlara aid bir sıra nəşrlər də nəşr edilmişdir.Библиография: Казахстан // GWANET - Гендер и вода в Центральной Азии Nəşriyyat 2000-ci illərin əvvəllərində fəaliyyətini dayandırıb.
İstinadlar
Kateqoriya:Rus dilində qəzetlər Kateqoriya:Qazaxıstan qəzetləri