Əbu İsmayıl ibn Həmmad ibn Əbu Hənifə Numan əl-Kufi əl-Hənəfi (; ) — fiqh və hədis alimi. Əbu Hənifənin oğlu və tələbəsi.
Həyatı Əbu Hənifənin yeganə oğlu və tələbisi olan Həmmad atasından fiqh öyrənmiş, hələ Əbu Hənifə sağ ikən fətva verməyə başlamışdır.
Mənbələrdə onun kəlam (əqidə) və hədis elmlərində mahir alim, zöhd və təqvalı şəxslərdən olduğu deyilmişdir. Hədis alimləri (əhli-hədis) tərəfindən güvənilən şəxs (siqa) kimi qəbul edilmişdir.
Əbu Hənifənin "əl-Fiqhul-Əkbər" (və ya "əl-Fiqhül-Əbsat") əsərini atasından o nəql etmişdir. Həmçinin Əbu Hənifənin əsaslandığı hədislərin cəm edildiyi müsnədlərdən birini də o nəql etmişdir.
Qasım ibn Məin əl-Kufidən sonra Kufə qazısı təyin olunan Həmmad ibn Əbu Hənifə 785-ci və ya 792-ci ildə vəfat etmişdir.
Tələbələri Həmmadın tələbələri bunlardır:
Xalid ibn Əbdürrəhman ibn Xalid ibn Sələmə əl-Məxzumi, İsmayıl ibn Həmmad ibn Əbu Hənifə Numan əl-Kufi (böyük oğlu), Ömər ibn Həmmad ibn Əbu Hənifə Numan əl-Kufi (oğlu).
Həmçinin bax
Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:Hənəfilər