Linguamyrmex — Qarışqalar (Formicidae) fəsiləsinin Haidomyrmecinae yarımfəsiləsinə aid olan nəsli kəsilmiş bir qarışqa nəsli. Bu nəsil Haidomyrmecinae yarımfəsiləsində yerləşdirilən doqquz nəsildən biridir. Nəsil üç təsvir edilmiş növü özündə birləşdirir: Linguamyrmex brevicornis, Linguamyrmex rhinocerus və tip növ olan Linguamyrmex vladi. Bu növlər Asiyada tapılmış Gec Təbaşir dövrünün sonlarına aid fosillərlə məlumdur.
Tarix və təsnifat
Linguamyrmex cəmi dörd yetkin fosil nümunəsi ilə tanınır. Holotip Amerikan Təbii Tarix Muzeyinin "AMNH BuPH-01" nömrəli nümunəsidir; digər üç nümunə də eyni kolleksiyada saxlanılır, lakin L. vladi növünə aid deyil. Təsvir edilən nümunələr işçi kastasına aid yetkin fərdlərdir və Myanmadan çıxarılan Birma kəhrəbasının şəffaf parçaları içərisində qorunub saxlanılmışdır. Birma kəhrəbası U-Pb izotopları ilə radiometrik tarixləndirməyə məruz qalmış və təxminən 98.79 ± 0.62 milyon il yaşı olduğu müəyyən edilmişdir. Bu Təbaşir dövrünün Alb – Senoman mərhələləri arasındakı sərhəddə, ən erkən Senoman dövrünə aiddir.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər