Syuzan Porter Benson (d. 26 iyul 1943 – ö. 20 iyun 2005) Amerikalı tarixçi və akademik idi, əmək tarixi, qadın araşdırmaları, eləcə də ictimai və mədəni tarix sahələrində ixtisaslaşmışdı. O, Bristol İcma Kollecində (1968–86), Missuri Universitetində (1986–93) və Konnektikut Universitetində (1993–2005) dərs demişdir. Onun "Əks mədəniyyətlər" adlı kitabı əmək və qadın tarixi, həmçinin istehlak mədəniyyəti sahəsində mühüm əhəmiyyətə malikdir. Stiven Barayer və Roy Rozentsveyq ilə birgə redaktoru olduğu "Keçmişi təqdim etmək: tarix və ictimaiyyət haqqında esselər" kitabı isə "Temple University Press"in "Keçmişə tənqidi baxışlar" seriyası adlı kitab seriyasına ilham vermişdir.
Həyatı və fəaliyyəti Vaşinqton, Pensilvaniya ştatında anadan olan Benson, 1964-cü ildə Simmons Kollecində bakalavr, 1968-ci ildə Braun Universitetində magistratura, 1983-cü ildə isə Braun Universitetində doktorantura təhsilini tamamlamışdır. O, 1984-cü ildə Uorvik Universitetində, 1998-ci ildə isə Yale Universitetində qonaq professor kimi dərs demiş və 1993–1998-ci illərdə Konnektikut Universitetində qadın araşdırmaları departamentinin direktoru olmuşdur.
Benson, "Əmək tarixi", "Amerika Ttarixi jurnalı", "Amerikan rüblüyü", "Gender və tarix" və "Radikal tarix icmalı" kimi akademik jurnalların redaksiya heyətlərində çalışmışdır. O, həmçinin Amerika tarixçiləri təşkilatı, Qadın tarixi üzrə Berkşir konfransı, Əmək və işçi sinfi tarixi assosiasiyası və Rod-Aylend Humanitar Komitəsinin komitələrində fəaliyyət göstərmişdir.
Benson 61 yaşında, Konnektikut ştatının Mançester şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Kitabları
Xarici keçidlər
Finding aid to Susan Porter Benson Papers at the University of Connecticut
İstinadlar