Aleksandr İvanoviç Kançeli (; ) — Gürcü və sovet hüquqşünası və yazıçısı, folklorşünası.

Həyatı Aleksandr Kançeli Moskva Universitetinin məzunudur. O, gənc yaşlarından ədəbi fəaliyyətə başlayıb. Tiflisdə çıxan "Respublika" qəzetinin redaktorlarından biri olub. Bu qəzetdə Kançeli K-li təxəllüsü ilə yazılarını dərc etdirib. Tbilisi şəhərində Georgi Leonidze küçəsi, 20 ünvanında yaşayıb.

Aleksandr Kançelinin evi gürcü incəsənətinin bir çox görkəmli xadimlərinin, o cümlədən rəssam Niko Pirosmani, şairlər Paolo Yaşvili və Titsian Tabidzenin və bir çox başqalarının görüş yeri olub. 1917–1921-ci illərdə isə Gürcüstanın paytaxtı Tiflis unikal mədəni oazisə çevrilib. Bu illər ərzində şəhərdə xeyli sayda mədəniyyət ocaqları yaradılıb. Rusiyada olan vətəndaş müharibəsindən qaçan yaradıcı insanlar burada toplaşmışdı. Gürcüstanda Rusiyadan fərqli olaraq nisbi sabitlik hökm sürürdü. Bu yaradıcı insanlar Tiflisdə bir neçə incəsənət dərnəyi təşkil etmişdi. Belə dərnəklərdən biri də Aleksandr Kançelinin evində yerləşirdi. Rus poeziyasının gümüş əsrinin ən görkəmli nümayəndələrindən biri olan Konstantin Balmont Kançelinin mənzilinin daimi qonağı idi.Татьяна Никольская "Фантастический город" Русская культурная жизнь в Тбилиси (1917–1921)

Kançelinin əsas peşəsi hüquqşünas olsa da, o gürcü folklor və xalq mahnılarının toplanması ilə məşğul olub. Xüsusilə onun 1939-cu ildə nəşr etdirdiyi "Gürcü xalq mahnıları" toplusunda yüzlərlə gürcü xalq mahnısı daxil edilib. O, bunun üçün Gürcüstanın bütün bölgələrini gəzib və yerli mahnı nümunələrini bir-bir toplayıb. Bunun üçün Kançeli ömrünün böyük hissəsini sərf edib.

Şəxsi həyatı Onun birinci həyat yoldaşı Tamara Rosebovna Amirejibi (1884–1917) vərəm xəstəliyindən vəfat edib (Konstantin Balmontun şeiri ona həsr edilib). Bu nikahdan onun iki oğlu olub. Tbilisi Dövlət Sirkinin bədii rəhbəri, Gürcüstan SSR əməkdar mədəniyyət xadimi İrakli Aleksandroviç Kançeli (1906-cı il təvəllüdlü) və GiproNII Aviapromun memarı, baş memarı Vaxtanq Aleksandroviç Kançeli.

Aleksandr Kançelinin nəvələri: Nodar Vaxtanqoviç Kançeli, memar, Teymuraz İraklieviç Kançeli, texnika elmləri namizədidir.Лия Андгуладзе. От портрета к сонету // Литературная Грузия. — 1986. — № 6. — С.175–184.

İkinci həyat yoldaşı — Elena Şengelaya, rejissor Nikolay Şengelayanın bacısı idi. Lakin bu evlilik qısamüddətli olub. Onlar tezliklə ayrıldılar və Yelena A. Kançelinin qardaşı oğlu Georgi Naneişvili ilə ailə qurub. Bu nikahdan qızı — aktrisa Salome Kançeli, 1943–1945-ci illərdə rejissor Q. Tovstonoqovun həyat yoldaşı idi. Bu nikahda dağıldıqdan sonra hər iki uşaq atalarının yanında qalıb.

Əsərləri Gürcü xalq mahnıları. 1939.

İstinadlar

Ədəbiyyat Масанов И. Ф. Словарь псевдонимов русских писателей, ученых и общественных деятелей: В 4 т. — Т. 4. — М., 1960. — С. 217; Венгеров С. А. Критико-биографический словарь русских писателей и ученых (от начала русской образованности до наших дней). — Т. I–VI. — Спб., 1889–1904. — Т. 1. А-Л. — СПб.: Наука, 2001. 640 с. 1765 ალექსანდრე ყანჩელი (1878–1948) : თამარ ამირეჯიბი (1884–1917) // რუსთველით აღდგენილი სიამაყე / ლ. ანდღულაძე. — თბ., 2008. — გვ.257–267.

Xarici keçidlər Канчели, Александр Иванович // Краткая литературная энциклопедия / Гл. ред. А. А. Сурков. — М. : Советская энциклопедия, 1962–1978. Татьяна Никольская Фантастический город

Kateqoriya:Gürcüstan folklorşünasları