Kintamani — İndoneziyanın Bali adasının Kintamani bölgəsindən yayılmış yerli bir it növü.Kintamani-Bali-Dog . FCI. Searched March 24th 2019. Balililər arasında populyar ev heyvanı olan bu it, yerli səviyyədə Balinin yeganə rəsmi it cinsidir. Kintamani iti, azad şəkildə gəzən yerli Bali küçə itlərindən törəmişdir və 2019-cu ildə "Beynəlxalq Kinoloji Federasiya" (FCI) tərəfindən tanınmışdır.
Mənşəyi Genetik tədqiqatlar göstərir ki, Kintamani iti Balidə yerləşən küçə itlərindən törəmişdir. Bali küçə itləri genetik olaraq Avstraliya dinqosu ilə yaxından əlaqəlidir. Asiya mənşəli AKC tərəfindən tanınan it cinsləri ilə yaxınlıq olsa da, Avropa mənşəli itlərlə əlaqəsi yoxdur. Nəticə etibarilə, Kintamani iti, genetik müxtəlifliyi itirmədən Bali küçə itlərindən inkişaf etmişdir. Bali küçə itlərinin əcdadları təxminən 3000 il əvvəl Baliyə gəlmiş və o vaxtdan bəri əsasən təcrid olunmuş şəkildə yaşamışdır. 1926-cı ildə tətbiq edilən quduzluqla mübarizə tədbirləri səbəbilə xarici itlərin Baliyə gətirilməsi qadağan edilmişdir. Buna görə də, bu itlər min illər boyu azad şəkildə çoxalaraq genetik dəyişikliklərə məruz qalmamışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri