Aidi (və ya Atlas dağ iti) — Şimali Afrikada, xüsusilə Atlas dağlarında yaranan bir it cinsidir və ən çox qoyun və keçiləri qoruyan çoban iti kimi istifadə olunur. Ən çox Mərakeşdə rast gəlinir və burada fəaliyyət göstərən "Fédération Cynologique Internationale" (Beynəlxalq Kinologiya Federasiyası) tərəfindən çoban iti standartlarına uyğun olduğu təsdiqlənmişdir. Aidi, Əlcəzair, Tunis və Liviyada da mövcuddur. Bu cinsin ovçuluq qabiliyyəti və yaxşı qoxu duyması vardır. Mərakeşdə, Aidi tez-tez ovçuluqda "Sloughi" iti ilə birgə işləyir. "Sloughi" Aidi tərəfindən tapılan heyvanları qovur.Fogle, Bruce. The New Encyclopedia of the Dog. London: Doring Kindersley, 2003. .
Xüsusiyyətləri Aidi, 52–62 sm hündürlüyündə, təxminən 25 kq ağırlığında olan, səliqəli və əzələli bədənə sahibdir. Soyuq hava şəraitinə uyğunlaşmış qalın tük örtüyü var. Tağlı quyruğa sahibdir, tükləri yumşaq və sıx olur. Başları ayı başına bənzəyir, qara və qəhvəyi burunları olur. Çənələri güclüdür, qara, yaxud qəhvəyi dodaqları var. Orta ölçülü qulaqları irəliyə doğru əyilmiş və bir az sallanmışdır. Gözləri qara rəngdə olur. Aidi cinsinin tükləri ağ, qara, ağ və qara, açıq qırmızı və sarımtıl rənglərdə olur.American Rare Breed Association Aidi Standard https://web.archive.org/web/20080310042147/http://www.arba.org/AidiBS.htmGrandjean, Dominique DVM. The Royal Canin Dog Encyclopedia. Paris, France; Aniwa Publishing, 2005. Mərakeşin bəzi bölgələrində qulaqları kəsilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:Çoban itləri