Babako — tropik iqlimlərdə yetişən, papaya fəsiləsinə aid olan və karika cinsinə daxil edilən meyvə bitkisidir. Əsasən Ekvadorun And dağları bölgəsində 2000 metr yüksəklikdə rast gəlinir. Botanik olaraq dağ papayası (Carica pubescens) və papaya arasında təbii hibrid hesab olunur. Onun meyvəsi toxumsuzdur. Dadının papaya, kivi və ananasın qarışığına bənzədiyi deyilir. Qovunağacıdan fərqli olaraq, Karika daha yüksək soyuğa dözümlüdür və -5 dərəcəyə qədər olan temperaturlara dözə bilir.

Xüsusiyyətlər

Elmi adı: Carica pentagona Ailə: Caricaceae Forması: 1,5–2,5 m hündürlükdə kolabənzər bitkidir. Çoxalma üsulu: Toxumsuz olduğundan yalnız vegetativ (şlam) üsulu ilə çoxaldılır. Yarpaqları: İri, barmağavari və tünd yaşıl rənglidir. Meyvələri: Uzunsov, beşbucaqlı, təqribən 10–30 sm uzunluğunda və 1–2 kq ağırlığında olur.

Babako meyvəsinin qabığı nazik və yeyiləbiləndir və içərisində toxum yoxdur. Meyvənin dadı papaya, ananas və limon ləzzətlərinin qarışığını xatırladır.

İstinadlar Kateqoriya:Tropik meyvələr Kateqoriya:Meyvə

Xarici keçidlər

Kateqoriya:Meyvə ağacları Kateqoriya:Bitki hibridləri