Zigrasimecia qarışqası — Təxminən 98 milyon il əvvəl yaşamış nəsli kəsilmiş bir qarışqa növü. İlk nümunələr Myanmanın Kaçin Ştatının Miçin şəhərindən 100 kilometr (62 mil) qərbdə Təbaşir dövrünə aid kəhrəbadan tapılıb.
Tarixi 2013-cü ildə paleoentomoloqlar Fillip Barden və David Qrimaldi Zigrasimecia tonsoranı təsvir edən və adlandıran məqalə dərc ediblər. Onlar qeyri-adi xüsusiyyətlərə, xüsusən də yüksək dərəcədə ixtisaslaşmış mandibulalara malik dişi təsvir ediblər. Yüksək dərəcədə ixtisaslaşmış mandibulalara görə alimlər beıə hesab edirlər ki, qarışqalar artıq mövcud qarışqalarda görülməyən vərdişlər nümayiş etdirirdilər. Yüksək hərəkətli baş hərəkətliliyin onlar üçün vacib bir amil olduğunu (ehtimal ki, qidalanma davranışı üçün) göstərir və kobud çıxıntılar yuva qazıntısında böyük rol oynamış ola bilər, çünki mandibulalar bu cür fəaliyyətin qarşısını alacaqdı. Zigrasimecia çox güman ki, nəsli kəsilmiş qarışqa cinsi olan Gerontoformica ilə müxtəlif cür qarşılıqlı əlaqədə olmuş və ehtimal ki, onların ekoloji talelərini paylaşmışdır. Bu qarışqaların mandibulaları çox güman ki, qida ilə mexaniki qarşılıqlı əlaqə üçün istifadə edilib və onlar həmçinin gənələr və kiçik milçəklər kimi potensial artropod ovları üçün tələ kimi xidmət etmiş ola bilər. Zigrasimecia ehtimal ki, yırtıcı idi.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar