Ber Qrils (; ) — İngiltərə macəraçısı, yazıçı, televiziya aparıcısı və keçmiş SAS əsgəridir, eyni zamanda sağ qalmaq üzrə ekspertdir.

Həyatı 7 iyun 1974-cü ildə Şimali İrlandiyanın Donaqhadi şəhərində anadan olub. O, Mühafizəkar siyasətçi ser Mçeı Qrils oğludur. Babası Nevil Ford və ulu babası Uilliam Augustus Ford hər ikisi birinci dərəcəli kriketçi olublar. Kiçik yaşlarından Kral Yaxta Eskadrilyasının üzvü olan atası ilə birlikdə dırmaşmağı və üzməyi öyrənmişdi. Yeniyetmə ikən paraşütlə tullanmağı öyrənib və Şotokan karatesində qara kəmər sahibdir.

Təhsili Qrylls Eaton House, Ludgrove Məktəbi və Eton Kollecində təhsil alıb və burada ilk alpinizm klubunun yaradılmasına kömək edib. O, İngiltərənin Qərbi Universitetində, Bristolda və Birkbek Kollecində ispan və alman dillərini 2002-ci ildə İspan tədqiqatlarında 2:2 nisbətində bakalavr dərəcəsi ilə bitirmişdir.

Ekspedisiyaları

Hündürlükdə şam yeməyi 2005-ci ildə alpinist David Hempleman-Adams və Kral Hərbi Dəniz Qüvvələrinin Sərbəst Düşmə Paraşüt nümayişi komandasının lideri leytenant komandir Alan Veal ilə birlikdə Qrylls 7600 metr hündürlükdə isti hava balonu altında təşkil etdikləri ən yüksək rəsmi şam yeməyi adlı layihə ilə dünya rekorduna imza atmışdı.

Everest 16 may 1998-ci ildə Qrills paraşütlə tullanma qəzasında üç onurğasını sındırmışdı, bu hadisədən 18 ay sonra Nepaldakı Everest dağının zirvəsini fəth etmişdi. O bunu 23 yaşında etmişdir. Zirvəni fəthə edən gənc alpinistlər arasında 3-cü sırada qərarlaşır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiltərə qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:Britaniyanın televiziya aparıcıları Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Everesti fəth etmişlər