NSAFP Xarici Təşkilatı (; AO) — NSAFP-nin xaricdə yaşayan üzvlərinin idarə edilməsi və xaricdəki almanların nasional-sosialist ruhunda tərbiyəsi ilə məşğul olan xüsusi struktur vahidi. Hüquq və vəzifələri baxımından qau ilə bərabər tutulurdu və qaulyayter tərəfindən idarə olunurdu. AO-ya yalnız Almaniya pasportuna malik reyxsdoyçelər (Almaniya vətəndaşları) üzv ola bilərdi, lakin başqa ölkələrin vətəndaşı olan folksdoyçelər partiyaya qəbul edilməzdi.
Tarixi NSAFP Xarici Təşkilatı (NSDAP/AO) xaricdəki partiya bölmələrindən məsul olan yeganə partiya qurumu idi. NSDAP/AO 1 may 1931-ci ildə imperiya təşkilat rəhbəri () Qreqor Ştrasserin təşəbbüsü ilə yaradılmış və onun nəzarəti altında fəaliyyət göstərmişdir. Əvvəlcə NSDAP/AO NSAFPnin xarici şöbəsi kimi fəaliyyət göstərmiş (baş qərargah – Hamburq, sonradan – Berlin), 1933-cü ilin yanvarında "Xaricdəki almanlar" adını almış, 1936-cı ildə isə NSAFP Xarici Təşkilatına çevrilmişdir. Təşkilatın ilk rəhbəri doktor Hans Niland olmuşdur. Onun Hamburq polisinin rəisi və daha sonra Hamburq hökumətinin üzvü təyin edilməsindən sonra, 8 may 1933-cü ildən etibarən Ernst Vilhelm Bole NSDAP/AO-nun rəhbəri olmuşdur. Partiya baxımından NSDAP/AO fürerin müavini Rudolf Hessə tabe idi və onun Ştabı tərəfindən nəzarət edilirdi. Ernst Vilhelm Bole bu ştabda xarici partiya təşkilatları üzrə səlahiyyətli nümayəndə vəzifəsində çalışırdı.Залесский К. А. «НСДАП. Власть в Третьем рейхе», М., Эксмо, 2005. С. 619.
İstinadlar
Kateqoriya:Nasional Sosialist Alman Fəhlə Partiyası Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Qadağan olunmuş ifrat sağçı siyasi partiyalar