– Yaponiyanın Saytama prefekturasının eyniadlı şəhərində, tarixi İvatsuki bölgəsində yerləşən muzey. İvatsuki bölgəsinin ninqyo (insan kuklaları) mədəniyyətinə həsr olunmuşdur. Muzey Ninpaku ləqəbi ilə tanınır.

Tarixi İvatsuki tarixən ninqyo istehsalına görə tanınmış yerlərdən biridir. Muzeyin tikilməsi ilk dəfə 1960-cı illərdə təklif olunsa da, yerli icma ilə fikir ayrılıqları üzündən layihə baş tutmamışdır. 19 noyabr 2017-ci ildə muzeyin tikintisinə start verilmişdir və tikintisi 1.867.320.000 yenə baş gəlmişdir. Muzey 22 fevral 2020-ci ildə açılmışdır. Yaponiyada kuklalara həsr olunmuş ilk ictimai muzeydir. Saytama şəhərində Dizayn–Tik (DB) metodu ilə tikilmiş tikili xüsusiyyətini daşıyır. 2025-ci ildə muzeyi ziyarət edənlərin sayı 200 mini keçmişdir.

Ekspozisiya Muzey binası birmərtəbəlidir və İvatsuki rayonunun keçmiş inzibati binasının ərazisində tikilmişdir. İvatsuki bölgəsinin ninqyo mədəniyyətinə və tarixinə həsr olunmuşdur. Muzeyin məqsədi ninqyo kuklalarını yığmaq, mühafizə etmək və tədqiqatını təşkil etməkdir. Muzeyin kolleksiyasına 5500-dən çox material daxildir. Burada XVIII əsrə aid olan Qoşo Ninqyo, hina kuklaları və döyüşçü ninqyoları sərgilənir. Muzey kolleksiyasının 70%-i kukla tədqiqatçısı və rəssam Tekiho Nişizavanın kolleksiyası əsasında formalaşmışdır. Muzeydə restavrasiya şöbəsi fəaliyyət göstərir və kuklaların bərpası ilə məşğul olur.

Muzeydə üç sərgi zalı, kolleksiya zalı, kafe, suvenir dükkanı yerləşir. Birinci sərgi zalında kuklaların hazırlanması prosesinə həsr olunmuşdur və burada alətlər sərgilənir. İkinci sərgi zalında kuklalar sərgilənir. Üçüncü sərgi zalı müvəqqəti sərgilər üçün nəzərdə tutulub və hər il 4 sərgiyə ev sahibliyi edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Saytama prefekturasındakı muzeylər Kateqoriya:2020-ci ildə yaradılmış muzeylər Kateqoriya:Gəlincik muzeyləri Kateqoriya:Yaponiyadakı oyuncaq muzeyləri Kateqoriya:Saytama