Tammetrajlı film və ya Uzunmetrajlı film — tam uzunluqdakı filmləri ifadə etmək üçün istifadə olunan kino terminidir. Kino Sənətləri və Elmləri Akademiyası,79th Academy Awards Rules , Rule 2: Eligibility. Amerika Film İnstitutuThe American Film Institute Catalog of Motion Pictures. və Britaniya Film İnstitutuDenis Giford, The British Film Catalogue. uzunmetrajlı filmi ən azı 40 dəqiqə davam edən ekran əsəri kimi müəyyənləşdirmişdir. Bununla belə, müasir dövrdə böyüklər üçün nəzərdə tutulmuş filmlərin əksəriyyəti adətən 90–210 dəqiqə arasında olur. Uşaqlar üçün nəzərdə tutulmuş filmlər isə çox vaxt 60–120 dəqiqə arasında dəyişir.
1906-cı ildə nümayiş olunan və təxminən 70 dəqiqə davam edən Avstraliya istehsalı olan "The Story of the Kelly Gang" ilk uzunmetrajlı film hesab olunur.
Bu termin qısametrajlı filmlərə qarşı qoyulur, bəzən həmçinin orta metrajlı filmlər adlı ara kateqoriya da ayırd edilir. Fransanın Milli Kinematoqrafiya və Animasiya Mərkəzi 35 mm-lik filmi onun surətinin uzunluğu 1600 metrdən çox olduqda (bu isə səsli film üçün dəqiq olaraq 58 dəqiqə 29 saniyəyə bərabərdir) uzunmetrajlı hesab edir, ABŞ Kinoaktyorlar Gildiyası isə uzun metrajlı filmlərin ən azı 80 dəqiqədən az olmamasını tələb edir.Screen Actors Guild Letter Agreement for Low-Budget Theatrical Features .
SSRİ-də uzunmetrajlı kinofilmlər 1200–3000 metr uzunluğunda 35 mm-lik kinolent ölçüsündə hesab edilirdi, yəni film 5-dən 12-yə qədər hissədən ibarət olurdu (hər hissə təxminən 250–280 m uzunluğunda).Полнометражный фильм // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
Rusiyada uzunmetrajlı film, müddəti ən azı 52 dəqiqə olan film hesab olunur.Статья 3 Федерального закона от 22 августа 1996 г. № 126-ФЗ «О государственной поддержке кинематографии Российской Федерации».Словарь по экономике и финансам. Глоссарий.ру. İlk rus uzunmetrajlı kino layihəsi 1911-ci ilə aid "Sevastopol müdafiəsi" adlı filmdir.
1922–1970-ci illər arasında ABŞ və Yaponiya ən çox uzunmetrajlı filmlər istehsal edirdilər. 1971-ci ildən etibarən isə ən çox uzunmetrajlı film istehsal edən ölkə Hindistandır.
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:Tammetrajlı filmlər Kateqoriya:Film janrları Kateqoriya:Film və video terminləri Kateqoriya:Avstraliya ixtiraları