Ruan ördəyi () — Ördəklər fəsiləsinə aid ev quşu növü. Ümumi məlumat Ruan ördəyi əsasən ət, sərgi və ya ümumi məqsədlər üçün yetişdirilən ağır çəkili ev ördəyi növüdür. Ruan ördəkləri çoxlu yumurta qoymadıqları üçün əsasən ət məqsədi ilə yetişdirilir. Bu cins XIX əsrdə Fransada yaranmışdır.
Ruan ördəyi və erkəyi, təqribən yaşılbaş ördəyinə bənzəyir. Ruanın rəng naxışı boz olaraq təsvir olunur. Erkəklərin tünd sarı dimdiyi, yaşıl başı, ağ boyun xətti, qara quyruq örtükləri və tünd, kül rəngli quyruq lələkləri, tünd boz üst bel və açıq boz alt bədəni, tünd qırmızı döşü və parlaq narıncı ayaqları var. Dişi Ruan ördəkləri isə qəhvəyi rəngdə olur, qəhvəyi tacı və gözlərinin arxasına qədər uzanan qəhvəyi göz zolaqları, qəhvəyi dimdiyi var. Dişilərdə baş, boyun, bədən, qanad və quyruq lələklərində aydın detallı xəttlər mövcuddur. Ruan dişiləri yaşılbaş dişilərindən daha tünd qəhvəyi ola bilər. Hər iki cinsin də mavi lələkləri var, lakin Ruan lələkləri daha parlaq və iridir.
Ruan ördək balaları tüy rənginə görə yaşılbaş ördək balalarına çox bənzəyir. Ruan balalarını yaşılbaş balalarından fərqləndirmək üçün onların gözləri altında ikinci bir zolaq var, yaşılbaş balalarında isə yalnız bir zolaq var.
Bu quşlar sakit və hərəkətsiz təbiətə malikdir. Böyük bədənləri Ruan ördəyinin yuva qurmasını çətinləşdirir. Nümayiş tipli Ruan ördəkləri böyük ölçüləri səbəbilə yumurtalarını qıra bilər. Onlar digər ev ördəyi növlərindən daha yavaş yetişir. Onlar tez-tez Pekin və ya Aylesburi növləri ilə yumurta istehsalı və ölçüsünə görə müqayisə olunur. Ruan bəzən bu növlərdən üstün hesab olunur, çünki asanlıqla yağlandıqları üçün əla ət quşudur və incə ətləri var.
Tarixi Bu cins ilk dəfə Fransada yetişdirilsə də, XIX əsrdə İngiltərəyə gəldikdən sonra bu gün tanınan Ruan növünə çevrildi. Fransız versiyası orta ölçüdən böyük yaşılbaşa bənzəyirdi, lakin selektiv çoxaltma yolu ilə ingilislər nümayiş tipli Ruanı inkişaf etdirdilər. Nəticə dərin, uzun gövdəsi, qayıq forması, nəhəng görünüşü və xüsusilə dişilərdə detallı xəttləri olan bir quş idi. Əsasən qızardılmış quş kimi istifadə olunurdu; ilə 35-125 yumurta istehsal etsə də, daha yüksək məhsuldarlığa malik digər növlər var idi. Yumurtalar adətən ağ olur, lakin mavi-yaşıl rəngdə də ola bilər və qabıqları daha qalın olur. Fransızlar bu ev ördəyini "Mükəmməl Faydalı Ördək" ideyasını təmsil edən kimi qiymətləndirirdilər.
Adın mənşəyi mübahisəlidir. İngiltərəyə gəldikdə onlara müxtəlif adlar verilirdi: Rhône , Rohan, Roan və Ruan. Nəticədə həm İngiltərədə, həm də Fransada Ruan adı qəbul edildi. Fransada onlara "Rouen Foncé" deyilir, "Rouen Clair" isə daha açıq rəngdə olanlara aiddir. Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Ördəklər