Əbu Məhəmməd Yaqub ibn İshaq ibn Zeyd ibn Abdillah ə-Hədrəmi (; ) — on qaridən biri. Rəmzi ərəb əlifbasındakı "يع" hərfləridir.

Bioqrafiyası Bəsrəlilərin qiraətdə imamı olan Yaqub, hicri 117-ci (735) ildə anadan olmuşdur. Qiraəti ərz yolu Əbu Yəhya Mehdi ibn Meymundan öyrənmişdir. Bəzi alimlər onun qiraətini tənqid edərək şaz hesab etmişdilər. Lakin Zəhəbi və İbn əl-Cəzəri kimi alimlər buna qarşı çıxaraq, onun qiraətini Yeddi Qarinin qiraəti kimi səhih hesab etmişlər. Onun qiraət istinadı aşağıdakı kimidir:

O, Əbül-Munzir Səllam ibn Süleyman, Şihab ibn Şərifə, Əbu Yəhya Mehdi ibn Meymun və Əbül-Əşhəb Cəfər ibn Həyyandan; onlar da Həsən əl-Bəsri, Əbül-Əsvəd əd-Düəli, Yəhya ibn Yamər, Nəsr ibn Asim və Əbül-Aliyədən; onlar da Məhəmməd peyğəmbərdən öyrənmişdir.

Ruveys və Rəvh onun raviləridir.

Yaqub, "əl-Cami", "Vücuhul-Qiraət" və "Vəqfüt-Tam" adlı əsərlərin müəllifidir.

O, 820-ci ildə Bəsrədə vəfat etmişdir.

Ədəbiyyat Mürsəlov, Mirniyaz. On qiraət imamı və onların raviləri (az).

İstinadlar