Məhəmməd ibn Əhməd ibn Həfs ibn əz-Zibriqən əl-İcli əl-Buxari (; ) — Hənəfi fəqih, Əbu Həfs əl-Kəbirin oğlu.
Bioqrafiyası Bəni İcl qəbiləsinə mənsubdur. Buxarada dünyaya gəlmiş, fiqh elmini atasından öyrənmişdir. Atası kimi o da Buxaranın ən hörmətli şəxslərindən biri idi və onun Samanilər ilə yaxın əlaqələri var idi.
Ən məşhur tələbəsi Səbəzmunidir.
Mənbələrdə onun "ər-Rəd alə əhlil-əhva" adlı əsərin müəllifi olduğundan bəhs edilir. Lakin bu əsər dövrümüzə qədər gəlib çatmamışdır.
O, hicri 264-cü (877) ildə, Buxarada vəfat etmiş, atasının məzarının yanın dəfn edilmişdir.
Həmçinin bax
Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər