thumb|230px| Azərbaycan Konstitusiyası Azərbaycanın hüquq sistemi — kontinental hüquq sisteminə əsaslanır. Azərbaycanın müasir hüquq sisteminin formalaşması Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının qəbulu ilə başlanmışdır.

Tarixi

Qafqaz Albaniyası 150px|thumb|left|Qafqaz Albaniyasında saray məhkəməsinə çar başçılıq edirdi, bu məhkəmə ali məhkəmə sayılırdı.. Təsvirdəki alban çarı Cavanşirin heykəlidir. Azərbaycan ərazində mövcud olmuş Qafqaz Albaniyası dövlətində kanonik hüququn əsas mənbələri İncil, ümumdünya kilsə məclisinin kanonları və alban kilsəsi tərəfindən tərtib edilən yerli alban kanonları idi. 488-ci ildə, III Vaçaqanın hakimiyyəti dövründə qəbul edilmiş Aquen kilsə məclisinin kanonları yerli alban kanonlarına daxildir. Aquen kanonları erkən orta əsrlər Albaniyası ilə bağlı müasir dövrə çatmış tək hüquqi sənəd kimi çox əhəmiyyətlidir. Aquen kanonları, ruhanilərlə dünyəvi əyanlar və şəxslər arasındakı münasibətləri tənzimləyir, həmçinin sırf hüquqi xarakterli kanonlara da malikdir. Qanunun 10–11-ci maddələri ailə-nikah hüququ, 8, 11, 12, 13 və 14-cü maddələri isə cinayət hüququ xarakteri daşıyır.

Aquen kanonlarında cinayət kimi göstərilən əməllər ictimai qaydaya və dinə, mülkiyyətə, şəxsiyyətə qarşı edilən cinayətlərdir. Din və ictimai qaydalara qarşı edilən əməllər birinci arvadından boşanıb ikincisi ilə kəbinsiz yaşamaq, dini pəhriz qaydalarını pozmaq, cadugərlərə müraciət etmək və s. idi. Qantökmə (xəsarət yetirmə və ya öldürmə) və böhtan şəxsiyyətə qarşı edilmiş cinayətlərdə qeyd edilirdi. Adamöldürmə haqqındakı norma Bibliyadakı bir insan öldürülərsə, qatilində öldürüləcəyi ilə bağlı ifadəyə əsaslanırdı. Qanunnamədəki cinayətlər əsasən hər hansı bir hərəkətlilik ilə törədilən hallar ilə bağlı idi. Sadəcə olaraq, bazar günü işləyib kilsəyə getməmək hərəkətsizlik ilə həyata keçirilən cinayət hesab edilirdi.

Aquen kanonlarında ruhanilər xüsusi subyekt kimi ayrı göstərilirdi. Əgər cinayət təkrar törədilərsə, bu məsuliyyəti ağırlaşdırırdı. Təqsirini etiraf etmək yüngülləşdirici hal sayılırdı. Verilən cəzalara ölüm cəzası, monastırdan qovulmaq, torpağın müsadirə edilməsi, keşiş və ya yepiskopun müəyyən etdiyi cəzalar daxil idi. Əlavə cəza kimi torpaq payının kilsəyə verilməsi və kənddən qovulmaq nəzərdə tutulmuşdu. Aquen kanonlarına görə 2 cür məhkəmə fəaliyyət göstərirdi. Bunlar kilsə məhkəməsi və saray məhkəməsi idi. Saray məhkəməsinə çar başçılıq edirdi, bu məhkəmə ali məhkəmə sayılırdı. Alban çarı III Vaçaqan barmaqkəsənlər təriqətinin üzvlərini işgəncə verərək öldürmüş, sağ qalanları isə öz kəndlərində qohumlarının və camaatın qarşısında edam etdirmişdir.

III Mömin Vaçaqan siyasi sabitlik yaratmaq, xristianlığı müdafiət etmək və gücləndirmək üçün Aquen kanonlarını tətbiq etmişdir. Qanunun əhəmiyyəti həm də ruhanilər üçün maddi bazanın yaradılması, onların imtiyazlarının gücləndirilməsi, bütpərəst inanc qalıqlarının məhv edilməsi idi.

İslam dövrü hüququ və Çingiz xan yasası

300px|thumb|right|Səfəvi dövründə Şamaxıda kişi xəyanət edən qadının dərisini soyub nümayiş etdirir. VIII əsrin əvvəllərində Azərbaycanda islam dini yayılmış və möhkəmlənmişdir. Ancaq ərəblər Azərbaycanda yaşayan kitab əhlinə (xristianlara) toxunmamışdır. Bu da islam hüququnun tətbiqini istisna edən xüsusiyyət idi. Ərəb hakimiyyətindən 1920-ci illər sovet hakimiyyətinə qədərki dövr Azərbaycanda dini və dünyəvi qanunların birgə mövcud olduğu dövr olmuşdur. Praktikada isə həm də adətə əsaslanan qanunlar və hakimiyyətdə olanların çıxardığı müvəqqəti qanunlar tətbiq edilirdi.

IX–XIII əsrlərdə Şirvanşahlar dövlətində şəriət əsaslı müsəlman hüququ istifadə edilirdi. Şirvanda şeyxülislam və qazılar feodal sinfinin vacib qrupu idi. Onlar şəriət əsasında məhkəmə keçirir, mülkiyyət hüququnu ləğv edə bilirdilər. Kəbin kəsmək, miras bölüşdürmə və digər mülki işlərlə də məşğul olurdular. "Qazı əl-quzzat" sultan və Şirvanşahdan sonra olmaqla, feodal hakimiyyət pilləkənində vacib yer tuturdu. Feodalların da mühakimə hüququ var idi. Əbu Bəkr Məhəmməd Şirvani XII əsrin məşhur fəqihi, hüquqşünası idi. Şəms əd-Din Məhəmməd ibn Əhməd ibn Salah əş-Şirvan hüquq bilicisi idi, rasionalistlərin mübahisələrində iştirak edirdi. "Hüquq elmlərinin və inzibati hüququn kamil biliciləri olan qazılar nəslindən çıxmış" Qiyasəddin Əbu Nəsr Məhəmməd ibn Abdullah ibn Abbas əş-Şirvani Şirvanın qazısı olmuşdur.

XII əsrin son dövrlərində, əslən Gəncədən olan Mxitar Qoş tərəfindən Qanunnamə yazılmışdır. Qanunnamənin bir hissəsi XVIII əsrin əvvəllərində gürcü çarı VI Vaxtanqın Qanunlar toplusuna daxil edilmiş, bu toplu isə XIX əsrin əvvəllərində Rusiya qanunlar külliyatına daxil edilərək, Zaqafqaziya vilayətlərində istifadə edilmişdir.

XIII əsrdə monqolların hakimiyyəti dövründə Çingiz xanın Böyük Yasası Azərbaycanın da daxil olduğu böyük bir ərazidə tətbiq edilmişdir. Monqol dövründə Azərbaycanda həm Böyük Yasa əsasında hərəkət edən yarqu məhkəmələri, həm də şəriət məhkəmələri mövcud idi. Mahmud Qazanın dövründə məhkəmə islahatı aparılmışdır. Türk və monqolların törə və yasa adlanan hüquq normaları monqol dövründən sonrakı əsrlərdə də Azərbaycanda istifadə olunmaqda davam etmişdir.ÇAAĞDAŞ AZƏRBAYCAN TARİXŞÜNASLIĞININ BƏZİ NƏZƏRİ MƏSƏLƏLƏRİ. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F. R. Cabbarov. Bakı: "Nurlar" Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2020. – s. 44–45. Azərbaycan və Şərqi Anadolu türkləri Qaraqoyunlu və Ağqoyunlu dövründə Yasa qanunlarını öz milli qanunu sayaraq ona sadiq qalmışdır. Odri Altştadt da Çingiz qanunlarının tətbiqini təsdiqləyir, Əmir Teymurun Şirvanşah I İbrahimə Şirvani idarə etməsi üçün yarlık verməsi də bunun bir nümunəsi olaraq göstərilir. Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə (h.i. 1478–1490) Çingiz yasası (türklər və monqolların ənənəvi köçəri qanunları) ləğv edildi.Lane, George (2016). "Turkoman confederations, the (Aqqoyunlu and Qaraqoyunlu)". In Dalziel, N.; MacKenzie, J. M. (eds.). The Encyclopedia of Empire. pp. 1–5. doi:10.1002/9781118455074.wbeoe193. ISBN 978–1118455074.

Azərbaycanın da daxil olduğu Ağqoyunlu dövlətində Uzun Həsənin Qanunnaməsi tətbiq edilmişdir. Bu qanunlar Səfəvi dövründə də, XVI əsrin ortalarına qədər qüvvədə qalmışdır. XVI–XVIII əsrlərdə Azərbaycan ərazisində hüququn təmin edilməsində şah və xan fərmanları müəyyən rol oynamışdır. Səfəvi şahlarının, Şirvan, Şəki, Quba və Qarabağ xanlarının fərmanları dövrümüzə qədər gəlib çatmışdır. Qubalı Şeyxəli xan 1803-cü il fərmanı ilə qışlaqda mal-qara otarılmasını qadağan etmişdir.

XVIII əsrin vacib hüquq abidəsi Şəki xanlığında Məhəmmədhəsən xanın dövründə tərtib edilən "Dəstul əl-əməl" qanunlar məcmuəsidir. Bu qanunlar "Məhəmmədhəsən xanın qanunları" da adlandırılırdı. Bu qanunlar gömrük, ticarət və maliyyə hüququ məsələlərini tənzimləyir, keyfiyyətli mallarına hazırlanması üçün məsuliyyət yaradır, əks halda cəza tədbirləri təyin edirdi.

Car-Tala Qanunnaməsi 300px|thumb|right|Lüdviq Knit — İbrahim xan Əfşarın rəhbərlik etdiyi ordunun Car-Balakən camaatlığı tərəfindən məğlub edilməsi (1738). Azərbaycan Tarix Muzeyində saxlanılır.

Car-Tala Qanunnaməsi XVIII əsrdə Azərbaycanın Car-Tala bölgəsində (müasir Balakən, Qax və Zaqatala rayonları) tətbiq edilmişdir. Bu qanunnamə dövrün hüquqi mənzərəsini canlandırmaq baxımından çox original və nadir sənəddir. Buna baxmayaraq, Car-Tala Qanunnaməsi hüquq ədəbiyyatında tədqiq edilməmişdir. Qanunnamədə islam hüququ ilə adət-ənənə hüququ calaq edildiyi üçün bu sənədin təhlili çox əhəmiyyətlidir. Əsərin dili ərəbcədir. Müəllif olaraq "Kaxet və Dağıstan tarixinə dair" salnamə mətnində Molla Məhəmməd əl-Cari göstərilir.

Qanunnamə 1752-ci ilin yanvar ayının əvvəllərində Zaqatalanın Ağdam kəndindəZaqatalada Ağdam Qalal kəndi var. qəbul edilmişdir. Kənddə keçirilən məclisdə Tala və Car vilayət nümayəndələri iştirak etmiş, İlisudan Balakənə qədər olan ərazidə yaşayan əhalinin razılığı ilə qanunnamə qazılar, ağsaqqallar və vilayət rəisləri tərəfindən qəbul edilmişdir. Qanunnamənin əsasında İslam dövrünün başlanğıcından Şah I Abbasın hakimiyyətinə qədər mövcud olan müxtəlif müqavilə, qərar, şərt, qayda və qanunlar dayanırdı. Buna görə də Car-Tala Qanunnaməsinə islam hüququ ilə sintez edilmiş və əlaqəli olaraq baxılmalıdır. Qanunnamədə nəzərə alınmayan hallar üçün bölgədə islam hüququnun tətbiq edildiyi nəzərə alınmalıdır.

Qanunnamədə cinayət anlayışı adət-ənənə hüququnu və islam hüququnu pozan, qədim yerli adətlərə qarşı yönələn və əhalinin əmin-amanlığına təhlükə yaradan əməllər hesab edilir. Cinayətlər qanunnamədə səhvən, qəsdsiz (ehtiyatsızlıq) və qəsdən olmaqla 3 yerə bölünür. Səhvən törədilən cinayətlərə görə məsuliyyətə cəlb olunma baş vermir, qəsdsiz cinayətlər isə bəzi hallarda məsuliyyətə cəlb olunma ilə nəticələnir. Açıq döyüşdə ehtiyatsızlıqdan və ya səhvən adamöldürmə məsuliyyətə cəlb olunmurdu. Günahı boynuna almaq da şəxsin cinayət məsuliyyətini yüngülləşdirici hal hesab edilirdi.

Qanunnamədə cinayəti törədən şəxsin qohumları da cinayətin subyekti hesab edilir və təqsirli şəxslərlə birlikdə onlar da məsuliyyət daşıyırlar. Buna baxmayaraq, qohumların əmlak və şəxsi məsuliyyəti fərqləndirilir. Əgər şəxs cinayətkarla birlikdə yaşayırsa, həm şəxsi, həm də əmlak məsuliyyəti daşıyır. Qohum şəxsdən ayrı yaşayırsa, yalnızca şəxsi məsuliyyət daşıyır. Ümumiyyətlə şəxsiyyət əleyhinə olan cinayətlər, əmlak cinayətləri, ailə və əxlaq əleyhinə cinayətlər və ədalət mühakiməsi əleyhinə cinayətlər fərqləndirilirdi. Adamöldürmənin mömin müsəlmanı öldürmə, dava-dalaş zamanı öldürmə və açıq döyüşdə (hərbdə) öldürmə kimi növləri qanunnamədə göstərilirdi. Dava-dalaş zamanı öldürmə "əllərin, daş və ya dəyənəyin işə salındığı savaş zamanı adamöldürmə" kimi təyin edilmişdir. Başqasının arvadı və ya qızını oğurlama, başqasının arvadının əlindən almaya görə də adamöldürmə normaları tətbiq edilirdi. Basqının cəzası 3 tümən idi. Əmlak cinayətlərinə oğurluq, soyğunçuluq, başqasının evinin altını qazma, qapısını sındırma və s. daxil idi. Ailə və əxlaq əleyhinə cinayətlərə zina daxil idi. Evli və ismətli qadınla (və ya kişi ilə) zina daha sərt cəzalandırılırdı. Ədalət mühakiməsi əleyhinə yönələn cinayətlərə cinayətkarın gizlədilməsi, şəriətə və adətə zidd qətnamə çıxardılması daxil idi.

Car-Tala Qanunnaməsində tətbiq edilən cəzalardan biri ölüm idi. Adamöldürmədə, ismətli və evli qadınla (və ya kişi ilə) zinaya görə, müharibə zamanı satqınlığa görə tətbiq edilirdi, daş-qalaq etmə ilə icra olunurdu. Digər cəzalar el-obadan sürgün etmək, cismani cəzalar (qamçılama), rüsvayedici cəzalar (üzə qara yaxılması, eşşək üstündə tərs otuzdurulub xalq qarşısında gəzdirmək), qanbahası ödəmək, əmlak cəzaları, pul cəriməsi, şəriətə və vilayətin adət-ənənəsinə uyğun cəzalar idi. Ailə və əxlaq əleyhinə cinayətlərdə rüsvayedici cəzalar tətbiq edilirdi.

Erkən Çar Rusiyası dövrü (1840-cı ilə qədər) 200px|thumb|left|Qarabağ bəyi. 1831-ci ildə təsdiq edilmiş "Məhkəmə və məhkəmə hökmünün yerinə yetirilməsi haqqında, keçmiş tatar distansiyalarının, Yelizavetpol dairəsinin, müsəlman əyalətlərinin və dağlı xalqların sakinlərinin cinayət və xətaları haqqında Qaydalar"a görə, xətalara görə mühakimə və cəza bəylər, ağalar və məliklər tərəfindən icra edilirdi.