Kotabato böyük məscidi və ya rəsmi olaraq Sultan Hacı Həssənal Bolkiah məscidi — Kotabato şəhərində yerləşən və 15.000 nəfər tutumu ilə Filippinin ikinci ən böyük məscidi. Filippinin ən böyük məscidi, hər hansı bir zamanda 20.000 ibadətçini qəbul etmək qabiliyyətinə malik, üç mərtəbə və zirzəmidən ibarət və ümumi sahəsi 9.434 kvadrat metr olan Maravi şəhərindəki Maravi Böyük məscididir. Bolkiah məscidi Kotabato şəhərindəki II Baranqay Kalanqananda yerləşir. Həmçinin İndoneziyanın İstiqlal məscidi və Maravi Böyük məscidindən sonra Cənub-Şərqi Asiyada üçüncü ən böyük məsciddir. https://pia.gov.ph/news/2021/12/03/marawis-grand-mosque-turned-over-to-administrators

Tikinti

Məscid 2011-ci ildə inşa edilmişdir və binanın tikintisinin təxminən 48 milyon ABŞ dollarına başa gəldiyi bildirilmişdir. Tikinti xərclərinin təxminən 53%-i məscidin adını daşıdığı Bruney Sultanı Həssənal Bolkiah tərəfindən qismən maliyyələşdirilmiş, qalan hissəsi isə Prezident III Beniqno Akino administrasiyası tərəfindən maliyyələşdirilmişdir. Tikinti işləri layihə meneceri Riçard Harris Jordan olmaqla Manila mərkəzli "New Kanlaon Construction, Inc." firması tərəfindən aparılmışdır. Məscid 2011-ci ilin aprel ayına qədər 99,12% tamamlanmışdır. Məscidin tikintisi üçün 300 işçi işə götürülmüşdür. Məscid, keçmiş Maqindanao Birinci Rayon Nümayəndəsi Didagen Dilanqalen tərəfindən bağışlanan bir sahədə inşa edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2011-ci ildə tamamlanmış məscidlər Kateqoriya:İslam Kateqoriya:Filippində din Kateqoriya:2010-cu illərin memarlığı Kateqoriya:XXI əsr məscidləri Kateqoriya:2011-ci ildə yarananlar