Müqəddəs Məryəm kilsəsi (polyakca: Bazylika Mariacka, almanca: St. Marienkirche) — Polşanın Qdansk şəhərinin mərkəzində yerləşən Roma-Katolik kilsəsi və ko-kafedral. 1502-ci ildə Kərpic Qotika memarlıq üslubunda tamamlanan bu kilsə, dünyanın ən böyük kərpic kilsələrindən biridir və şəhərin ən mühüm abidələrindən biri olaraq tanınır. Yerli sakinlər tərəfindən "Gdanskin Tacı" (polyakca: Korona Gdańska) adlandırılır. Oliva Kafedralı ilə birlikdə Qdansk Arxiyeparxiyasına xidmət edir.

Tikinti

Təməlqoyma mərasimi 1343-cü ildə baş tutsa da, hazırkı kilsənin tikintisi 1379-cu ildə başlamışdır. Müqəddəs Məryəm Kilsəsi, yan neflərə və transeptə malik bir zal kilsəsidir; onun xarici görünüşü əsasən Baltik dənizi yaxınlığındakı şəhərlərdə və ya qəsəbələrdə inşa edilmiş digər kilsə və məbədlərdən təsirlənmişdir ki, bu şəhərlər Hanza ittifaqının bir hissəsi idi. 1536-1572-ci illər arasında Müqəddəs Məryəm Kilsəsi eyni vaxtda həm Katolik, həm də Lüteran ibadətləri üçün istifadə edilmişdir.Heinz Neumayer, „Danzig“, in: Theologische Realenzyklopädie: 36 vols., Berlin and New York: de Gruyter, 1977–2006, vol. 8 (1981): 'Chlodwig – Dionysius Areopagita', pp. 353–357, here p. 355. . Bundan əlavə, 17-ci əsrin sonlarında Polşa kralları və Katolik ibadəti üçün Barokko üslubunda günbəzli yan kilsə inşa edilmişdir.

İstinadlar

Xarici keçidlər

Church Book Records of inhabitants of Danzig, Evangelical St.Mary's Church since Reformation Organ set of the St. Mary's church (polyakca and almanca) History of pipe organs at St. Mary's Church from past till present (ingiliscə, polyakca and almanca) Photos and history of St. Mary's Church in Gdańsk (polyakca)

Kateqoriya:1502-ci ildə yarananlar Kateqoriya:Qdansk tikililəri Kateqoriya:Polşa kilsələri Kateqoriya:1502-ci ildə tamamlanmış kilsələr Kateqoriya:XV əsrə aid kilsələr