Azərbaycan Reqbi Federasiyası — Azərbaycandakı idman federasiyalarından biri.

Haqqında İlk dəfə 2004-cü ildə təsis edilən Azərbaycan Reqbi Federasiyası (ARF) bundan bir il sonra Avropa Reqbi Assosiasiyasına üzv qəbul olunub. Lakin hələ də federasiyanın Beynəlxalq Reqbi Şurasına (İRB) üzvlüyü təmin edilməyib. Bu İRB-nin qoyduğu tələblə bağlıdır: Ən azı 10 komandanın iştirakı ilə çempionat keçirilməlidir ki, üzvlüyə qəbul olunsun. Bu şərti yerinə yetirmək hələlik mümkün deyil. Çünki maliyyə imkanları aşağı səviyyədədir. Klub yaratmaq üçün kifayət qədər vəsait lazımdır. Reqbi üzrə Azərbaycan yığma komandası Avropa Millətlər Kubokunun 3D divizionunda mübarizə aparırdı. 2017-ci ilin sentyabr ayında fəaliyyətini dayandırıb.Azərbaycanda federasiya fəaliyyətini dayandırdı . qafqazinfo.az, 12.09.2017 2020-ci ilin iyul ayından Azərbaycan Reqbi Federasiyası yeni rəhbərliklə öz fəaliyyətini bərpa edib.

İdarə Heyəti Prezident: Elşən Abbasov 1-ci vitse-prezidenti: Elvar Osmanov Beynəlxalq əlaqələr üzrə vitse-prezident: Eldəgiz Rəfibəyli Regionlar üzrə vitse-prezidenti: Səbuhi Qarayev Baş Katib: Əliniyaz Mirzəyev

İstinadlar

Xarici keçidlər Azərbaycan Reqbi Federasiyası Twitter.com

Azərbaycan Reqbi Federasiyası Instagram.com

Reqbi Kateqoriya:Azərbaycanda reqbi