San Culio kilsəsi () — İtaliyanın şimalında, Vareze bölgəsində yerləşən Kastellanza şəhərindədir. 20-ci əsrdə inşa edilmişdir. Kilsə, 4-cü əsrdə yaşamış və paqan məbədlərini xristian kilsələrinə çevirməyə həsr olunmuş Novaralı Müqəddəs Julius (Giulio) adına adlandırılmışdır. Kilsə binası Paolo VI meydanında, Kastellanza şəhərini iki hissəyə bölən corso Matteotti yaxınlığında yerləşir. Bu ərazi əvvəllər Müqəddəs Ailə Kilsəsinin yerləşdiyi yerdir.
Memarlıq və sənət
San Culio kilsəsi Romanesk Revival və Lombard memarlıq üslubuna malikdir və ön tərəfi Kastellanza şəhərinin əsas meydanına baxır. Şimali İtaliya Lombard Romanesk memarlıq üslubunun əsas xüsusiyyətləri kərpicdən istifadə və kilsənin bütün ön tərəfini əhatə edən geniş və düz fasadlardır. Fasadın mərkəzində, girişin üstündə böyük bir gül pəncərəsi yerləşir. Presviterian döşəməsi 1932-ci ildə inşa edilmişdir və Venesiya mərmərindən mozaika strukturu ilə hazırlanmışdır. Döşəmədə həndəsi fiqurlar təsvir edilmişdir və bu fiqurların mərkəzində tərəfləri 143 sm olan kvadratlardan hazırlanmış bir fiqur var.
Təsvir edilən fiqurlar: ortasında dairə və günəş simvolu olan iki kvadratdan hazırlanmış ulduz; içərisində başqa bir ulduz olan 8 qollu ulduz; və içərisində iki kəsişən eklips olan dairəvi fiqur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kilsələr Kateqoriya:İtaliya kilsələri