Müqəddəs Lavrenti taxtda dörd mələklə birlikdə () — Lorenzo Gibertinin eskizi əsasında Nikkolo di Pyero tərəfindən 1412-1415-ci illərdə Florensiya kafedralının sağ fasadında yaradılmış vitraj.
Tarixi
1404-1405-ci illərdə Florensiya kafedralının əsas fasadı üçün "Bakirə Məryəmin vəfatı" vitrajının yaradılmasından 10 il sonra, rəssam Lorenzo Giberti və şüşə ustası Nikkolo di Pyeroya kafedralın yan fasadı üçün yeni vitraj hazırlanması sifariş edilir. 1412-ci ilin dekabrında, Giberti kafedrala iki dairəvi vitrajın hazırlanması üçün 5 florin məbləğində ilkin avans alır; bundan sonra mərhələlərlə ödəniş almağa davam edir və 16 aprel 1415-ci ildə işinə görə son ödənişi qəbul edir. 1423-cü ildə vitrajın metal tor ilə bərkidilməsi həyata keçirilir. İlk bərpa işi isə 1432-ci ildə icra olunur.
Təsviri
Lentlə əhatələnmiş vitrajda, qırmızı döşəmə üzərində taxtda oturmuş Müqəddəs Lavrenti dörd mələyin ətrafında təsvir edilmişdir. Soldakı mələklərdən biri, müqəddəsin simvolu olan qəfəsi əlində saxlayır. Müqəddəs, XIV əsr üçün ənənəvi olan Maesta tərində, hər tərəfində iki ədəd mələklə birlikdə göstərilir. Taxt, yarımdairəvi qotik apsidanı xatırladan formaya malikdir. Düz izləyiciyə baxa müqəddəs, sağ əlində açıq kitab tutmuşdur.
Üzbəüz divarda yerləşən "Müqəddəs Stefan taxtda dörd mələklə birlikdə" vitrajı ilə simmetrik sxemə malik olsa da, digər vitraj yaşıl tonlarda işlənmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Florensiya kafedralının vitrajları Kateqoriya:Lorenzo Gibertinin əsərləri Kateqoriya:Müqəddəs Lavrenti