Əhməd ağa Bakıxanov — Azərbaycanlı zadəgan, Rusiya İmperator Ordusunun zabiti, Qvardiya-Polkovniki, elitar Leyb-Qvardiya Kazak alayının komandiri. O, görkəmli Azərbaycan alimi və yazıçısı Abbasqulu ağa Bakıxanovun qardaşı oğlu və kürəkənidir.
Həyatı Əhməd ağa Bakıxanov 1837-ci ildə Qubada, Cəfərqulu ağa Bakıxanovun ailəsində anadan olmuşdur.
O, Rusiya İmperator Ordusunda xidmət etmişdir. 1859-cu ildə zabit rütbəsinə layiq görülmüşdür. 1861-ci ildə Krımın Livadiya məntəqəsində imperatorun imzalandığı rəsmi əmrlə kornet rütbəsindən poruçik rütbəsinə qaldırılmışdır. Əlahəzrətin Leyb-Qvardiya Kazak alayının heyətində olmaqla Qafqaz Ordusu nəzdində xidmətini sürdürümüşdür. Xidməti boyunca qvardiya-polkovniki rütbəsinə qədər yüksəlmişdir.
1875-ci ildə Qubada Əhməd ağa Bakıxanov Həsən bəy Zərdabinin dostu olan qardaşı Abdulla ağa Bakıxanova "Əkinçi" qəzetinin təşkili və təbliğində fəal köməklik göstərmişdir.
Əhməd ağa Bakıxanov 1882-ci ildə Gəncə şəhərində naməlum şəraitdə öldürülmüşdür.
Ailəsi 1875-ci ildə Əhməd ağa Bakıxanov əmisi Abbasqulu ağa Bakıxanovun qızı Tuğra xanımla (1839–1890) evlənmişdir. 1860-cı ildə bu evlilikdən onların Hacı Abbasqulu ağa Bakıxanov (1920-ci illərdə vəfat edib) adlı oğlu dünyaya gəlmişdir.
Mükafatları
Müqəddəs Anna ordeni, 4-cü dərəcə ("Şücaətə görə" yazısı ilə, 1861); "Fərqlənmə nişanı" hərbi ordeni — Müqəddəs Georgi xaçı (1859)
Mənbə
İstinad siyahısı
Ədəbiyyat
Kateqoriya:Bakıxanovlar Kateqoriya:Azərbaycan polkovnikləri